Ağrılı qızdırma geri döndü: Honkonqda altı ildən sonra çikunqunya virusu

Ağrılı qızdırma geri döndü: Honkonqda altı ildən sonra çikunqunya virusu






presstv

"Presstv"az #Ailə, #Çin, #Hakim, #Həkim, #Honkonq, #Kuba, #qızdırma

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Honkonqda altı il ərzində ilk dəfə olaraq çikunqunya qızdırması ilə yoluxma halı qeydə alınıb.

presstvaz-ın məlumatına görə, bu barədə “Bloomberg” xəbər verir.

Bildirilir ki, yoluxan 12 yaşlı oğlan uşağıdır. İyul ayında Çinin Quandun əyalətinin Foşan şəhərinə səfərindən sonra onda yüksək hərarət, səpki və oynaq ağrıları kimi simptomlar müşahidə olunub.

Honkonq hökuməti yoluxmanın məhz Foşanda baş verdiyini hesab edir. Son həftələr ərzində Foşanda 6500-dən çox insan bu xəstəliyə yoluxub. Hazırda oğlan təcrid olunmuş otaqda müalicə alır, ailəsi isə həkimlərin nəzarəti altındadır.

Fuczyan əyalətinin Fucjou şəhərinin hakimiyyəti Foşandan gələnlər üçün iki həftəlik ev karantini tətbiq edib. Makao şəhərində isə artıq ilk yerli yoluxma halı qeydə alınıb.

Qeyd edək ki, “aaedes” cinsinə aid ağcaqanadların dişləməsi ilə insana ötürülən “çikunqunya” suahili dilində “bükən” mənasını verir. Bu ad, xəstəliyin güclü ağrılar və iflicə yaxın əzələ-skelet əlamətləri ilə müşayiət olunaraq insanı sözün əsl mənasında, ikiqat etməsi ilə bağlıdır. Hazırda tibbdə bu virus xəstəliyinə qarşı nə müalicə, nə də peyvənd mövcuddur. Yoluxmadan sonra 3-12 gün arasında inkubasiya dövrü keçir və xəstəlik qəfil yüksək qızdırma, üşütmə, bel və oynaq ağrıları, həmçinin səpkilərlə başlayır. Xəstəliyin xarakterik xüsusiyyəti simptomların uzun müddət davam etməsidir – bir çox xəstələrdə üç aydan çox müşahidə olunur.

Çikunqunya – az tanınan xəstəlik olsa da, ÜST-nin məlumatına görə, artıq dünyada 119 ölkədə yayılıb və 5.6 milyard insana təsir göstərib.

Honkonqun Gigiyena Departamenti xəstənin yaşadığı ərazidə ağcaqanadlara qarşı tədbirlər həyata keçirib. Bu tədbirlərə insektisidlərlə işləmə və durğun suların təmizlənməsi daxildir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv