Sələfinə güldü, öz başına gəldi: Trampın Baydendə lağa qoyduğu problemlər özündə də göründü

Sələfinə güldü, öz başına gəldi: Trampın Baydendə lağa qoyduğu problemlər özündə də göründü






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Demensiya, #Donald Tramp, #Hadisə, #Həkim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Trampın son vaxtlar çıxışlarında müşahidə olunan qeyri-adi ifadə tərzi və məntiqsiz mövzu dəyişiklikləri onun koqnitiv sağlamlığı ilə bağlı suallar doğurur.

presstvaz-ın “The Guardian”a istinadla məlumatına görə, bu barədə Kornell Universitetinin psixologiya və psixiatriya üzrə müəllimi Harri Siqal danışıb.

O, Trampın tez-tez fikrini və məntiqsiz şəkildə mövzu dəyişməsini diqqət dağınıqlığı və hekayə qurmaq qabiliyyətinin zəifləməsi kimi dəyərləndirib.

O həmçinin Trampın “konfabulyasiya” adlanan hal yaşadığını – yəni real hadisələri qeyri-real əlavələrlə təqdim etdiyini qeyd edib. Buna misal olaraq, Trampın əmisinin Unabomber ləqəbli Teodor Kaçinski ilə tanış olduğunu iddia etməsini göstərib. Halbuki faktlar bu bəyanatın reallıqla uyğun olmadığını göstərir.

Psixiatriya üzrə mütəxəssis və yazar Con Gartner isə bu halları demensiyanın klassik əlamətləri kimi qiymətləndirib. Onun fikrincə, Trampın vəziyyəti zamanla daha da pisləşə bilər.

Bununla belə, Trampın tərəfdarları iddiaları rədd edirlər. Ağ Evin mətbuat katibinin köməkçisi Liz Hyuston prezidentin misilsiz intellektə sahib olduğunu bildirir. Trampın sabiq şəxsi həkimi, hazırda konqresmen olan Ronni Cekson da Trampı ABŞ tarixindəki ən sağlam prezident adlandırıb. Trampın hazırkı həkimi Şon Barbabellanın bu ilin aprelində verdiyi rəyə əsasən, prezidentin koqnitiv və fiziki vəziyyəti “əla” olaraq qiymətləndirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv