Baş nazir: “Azərbaycan və Türkmənistanı qardaşlıq münasibətləri birləşdirir”

Baş nazir: “Azərbaycan və Türkmənistanı qardaşlıq münasibətləri birləşdirir”






presstv

"Presstv"az #Azərbaycan, #Əli Əsədov, #Hadisə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycan və Türkmənistanı möhkəm və davamlı qardaşlıq münasibətləri birləşdirir”.

presstvaz APA-ya istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Türkmənistanın Avaza Milli Turizm Zonasında BMT-nin Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə III Konfransının plenar iclasında deyib.

Baş nazir Avazada səmimi qonaqpərvərliyə və yüksək təşkilatçılığa görə Türkmənistanın Prezidentinə, hökumətinə və xalqına minnətdarlığını bildirib:

“Azərbaycanı və Türkmənistanı möhkəm və davamlı qardaşlıq münasibətləri birləşdirir. Bu münasibətlər ortaq irsimizə, tariximizə və qarşılıqlı hörmətə əsaslanır. Bu çərçivədə, Türkmən Xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun bu yaxınlarda Azərbaycana səfəri əlamətdar hadisə oldu. Bu səfər bizim strateji tərəfdaşlığımızı daha da möhkəmləndirdi və əməkdaşlıq üçün yeni imkanlar yaratdı. Bizim münasibətlərimiz həmrəyliyi, regionumuzda sülh, əməkdaşlıq və firavanlıq üçün ümumi baxışı nümayiş etdirir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv