Mixalkov Azərbaycan əleyhinə olanların sırasına keçdi

Mixalkov Azərbaycan əleyhinə olanların sırasına keçdi






presstv

"Presstv"az #Aktyor, #Azərbaycan, #Bakı, #Dərslik, #İlham Əliyev, #Kitab, #Müharibə, #Özbəkistan, #Rusiya, #Təhsil, #Vətən müharibəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Keçmiş Sovet İttifaqı ölkələrində əhalinin tarixi şüurunun qəsdən yenidən formatlaşdırılması aparılır.

presstvaz Teleqraf-a istinadən xəbər verir ki, bu sözləri məşhur rusiyalı kinorejissor və aktyor Nikita Mixalkov iştirak etdiyi verilişdə deyib.

Mixalkov xüsusilə qeyd edib ki, bunu respublikaların təhsil müəssisələrindəki müasir tarix dərslikləri də sübut edir:

"Məsələn, özbək dərsliklərində sovet dövrünün mənfi cəhətlərinə diqqət yetirilir. Kitabların müəllifləri iddia edirlər ki, sovet dövründə Özbəkistan iqtisadiyyatı guya tamamilə mərkəzin maraqlarına tabe edilib, respublikadan isə yalnız xammal əlavəsi kimi istifadə olunub".

Mixalkovun sözlərinə görə, Kərim Şükürov və Yaqub Mahmudovun Azərbaycana aid tarix dərsliklərində "rusofob" emosional qiymətləndirmələr var. Guya bunlar “Bakı əhalisinin qəsdən məhv edilməsi” və “Böyük Vətən müharibəsi” əvəzinə “İkinci Dünya müharibəsi” ifadəsinin işlədilməsidir.

Mixalkovun sözlərinə görə, Rusiya çoxdan buna göz yumub, ölkələr arasında dostluq münasibətlərinin öz-özünə davam etdiriləcəyinə inanıb: "Lakin beynəlxalq vəziyyət bunun əksini göstərir".

Mixalkov həm də Azərbaycan Prezidenti İlham Əliyevlə şam yeməyindən danışıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv