Bu ölkə Fələstini tanımaqdan imtina etdi

Bu ölkə Fələstini tanımaqdan imtina etdi






presstv

"Presstv"az #Ailə, #İsrail, #İtaliya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İtaliya hazırda Fələstinin dövlət kimi tanınması üçün şərtlərin mövcud olduğunu hesab etmir.

presstvaz xəbər verir ki, bunu İtaliya xarici işlər naziri Antonio Tayani deyib.

“Hazırda Fələstin dövlətinin konstitusiya və beynəlxalq hüquq əsasında tanınması üçün heç bir şərt yoxdur. Biz onun yaradılması üçün çalışmalıyıq. Amma bu o demək deyil ki, biz İsrailə "Bombardmanı, dinc əhaliyə hücumu və itkiləri dayandırmağın vaxtıdır" deməməliyik. HƏMAS-a da deməliyik ki, o, fələstinlilərdən canlı qalxan kimi istifadə etməyi və qeyri-insani şəraitdə İsrailin siyasətinə görə heç bir məsuliyyət daşımayan girovları saxlamağı dayandırsın. Biz konkret olaraq sülhün qurulmasına yönəlmiş aydın siqnallar göndərməliyik”, – Tayani bildirib.

Qeyd edək ki, ötən həftə 70 keçmiş səfir və diplomat İtaliyanın Baş naziri Corcio Meloniyə Fələstinin tanınmasının zəruriliyi barədə məktub göndərmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv