Avropada dərmanı olmayan ölümcül virus yayılır

Avropada dərmanı olmayan ölümcül virus yayılır






presstv

"Presstv"az #Avropa, #bel ağrıları, #Bolqarıstan, #Fransa, #Hadisə, #İtaliya, #qızdırma, #Qrip, #Sağlamlıq, #Yunanıstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İtaliyanın Latsio bölgəsində 93 yaşlı qadın Qərbi Nil virusundan dünyasını dəyişib və bu, ölkədə ilin əvvəlindən bəri eyni xəstəlikdən onuncu ölüm hadisəsi olub. Eyni zamanda, Avropanın beş ölkəsində yoluxma hallarında artım qeydə alınıb.

presstvaz “Euronews”a istinadən xəbər verir ki, İtaliyada Qərbi Nil virusundan ölənlərin sayı 10 nəfərə çatıb.

Ölkənin Milli Sağlamlıq İnstitutu öz hesabatında bildirib ki, 24-30 iyul tarixləri arasında insanlarda Qərbi Nil virusuna 57 yeni yoluxma halı qeydə alınıb. Virusdan ölüm nisbəti 20% təşkil edir.

Öz növbəsində, Avropada Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi virusla bağlı son məlumatları açıqlayıb. İtaliyadan başqa, Yunanıstan, Rumıniya, Bolqarıstan və Fransada da xəstəlik hallarının qeydə alındığını bildirib.

Xatırladaq ki, Qərbi Nil qızdırması ağcaqanad dişləməsi ilə ötürülən təhlükəli virus xəstəliyidir. Ağır hallarda o beyin maddəsinin iltihabı, limfadenopatiya, selikli qişaların zədələnməsi və ekzantema ilə müşayiət olunur.

Xəstələrin 20%-də temperaturun kəskin yüksəlməsi, baş ağrısı, boğaz, əzələ, oynaq və bel ağrıları, zəiflik, ürəkbulanma və ishal ilə xarakterizə olunan qripə bənzər əlamətlər görünür. Həmçinin genişlənmiş qaraciyər və dalaq, sinir sisteminin zədələnməsi – meningit, ensefalit, iflic kimi hallar müşahidə oluna bilər.

Xəstəliyin xüsusi müalicəsi yoxdur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv