Cüdoçularımız Avropada 4 medal qazandılar

Cüdoçularımız Avropada 4 medal qazandılar






presstv

"Presstv"az #Avropa, #Azərbaycan, #Azərbaycan Cüdo Federasiyası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Şimali Makedoniyanın paytaxtı Skopyedə gənc cüdoçular arasında Avropa Kuboku start götürüb.

Azərbaycan Cüdo Federasiyasından presstvaz-a verilən məlumata görə, ilk yarış günündə 4 cüdoçumuz fəxri kürsüyə qalxıb. Nihad Məmişov (60 kiloqram) və Əbil Yusubov (73 kiloqram) bütün rəqiblərinə qalib gələrək qızıl medal medal qazanıblar. Fərid Qarayev (60 kiloqram) gümüş, Məhəmməd Musayev (66 kiloqram) isə bürünc mükafata sahib çıxıblar.

Hələlik aktivində 2 qızıl, 1 gümüş və 1 bürünc medal olan Azərbaycan ümumi komanda hesabında 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, 26 ölkədən 226 idmançının qatıldığı turnirə bu gün yekun vurulacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv