Bakı ABŞ-ın İsraillə bağlı bu istəyindən imtina edəcək?

Bakı ABŞ-ın İsraillə bağlı bu istəyindən imtina edəcək?






presstv

"Presstv"az #Ağ Ev, #Astana, #Azərbaycan, #Bakı, #İsrail, #Qazax, #Qazaxıstan, #Qəzza, #Təl-Əviv, #Türkiyə, #Vaşinqton, #Yaxın Şərq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Vaşinqtonun dəstəklədiyi “İbrahim razılaşmaları”na qoşulmalıdırmı? Ağ Ev hesab edir ki, nə qədər çox müsəlman ölkəsi İsraillə müxtəlif sahələrdə əməkdaşlığı gücləndirən sazişə imza atarsa, bu, Yaxın Şərqdə sabitliyə xidmət edəcək. Bu saziş çərçivəsində İsraillə diplomatik münasibətlər quran müsəlman ölkələrinin sayı artmalıdır.

presstvaz xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Azərbaycanın bu şərtləri yerinə yetirməsinə ehtiyac yoxdur:

“Brincisi, Azərbaycanın İsraillə diplomatik münasibətləri mövcuddur. İkincisi, Azərbaycan İsraillə müxtəlif sahələrdə dərin əlaqələrə malikdir. Belə olan halda Azərbaycanın “İbrahim razılaşmaları”na qoşulmasına ehtiyacı varmı?

Azərbaycanın razılaşmaya qoşulmasını çətinləşdirən bir neçə amil var:

– Azərbaycanın strateji müttəfiqi Türkiyə bölgədəki mövcud şərtlər daxilində “İbrahim razılaşmaları”na qoşulmayacaq;

– Qəzzada insan fəlakəti davam edərkən və İsrailin Fələstinin müstəqilliyini tanımaqdan imtinası durumunda Azərbaycanın razılaşmaya qoşulması problematikdir.

İsrailin Mərkəzi Asiyanın digər türk dövlətləri, o cümlədən Qazaxıstanla da sıx əlaqələri var. Astana da “İbrahim razılaşmaları” məsələsində gözləmə mövqeyindədir. Halbuki Vaşinqton Bakı ilə yanaşı, Astana ilə də bu mövzuda intensiv danışıqlar aparır. Yalnız “Amerika istəyir” deyə Azərbaycanın “İbrahim razılaşmaları”na qoşulmasının itkisi qazancından çoxdur. Maraqlı tərəf olan Təl-Əvivin Azərbaycanın “İbrahim razılaşmaları”na qoşulmasıyla bağlı xüsusi istəyi yoxdur. Təl-Əviv “İbrahim razılaşamaları”na ilk növbədə ərəb ölkələrinin qoşulmasını istəyir. Belə olan halda Azərbaycan-İsrail tərəfdaşlığının ikitərəfli əsasda davamında fayda var və bu həm Bakı, həm də Təl-Əviv üçün yetərlidir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv