Qonşu ölkədə xərçəngə qarşı ilk peyvənd BAŞLADI

Qonşu ölkədə xərçəngə qarşı ilk peyvənd BAŞLADI






presstv

"Presstv"az #Koronavirus, #pandemiya, #Rusiya, #Səhiyyə Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya xərçəngə qarşı ilk peyvənd başlayıb.

presstvaz xəbər verir ki, xərçəngə qarşı ilk peyvəndin eksperimental tətbiqinə başlanır. Bu barədə Rusiya mətbuatına Qamaleeya adına Epidemiologiya və Mikrobiologiya Elmi-Tədqiqat Mərkəzinin direktoru, akademik Aleksandr Gintsburq məlumat verib.

Gintsburqun sözlərinə görə, Rusiyanın Səhiyyə Nazirliyi ilə razılaşdırılmış plana əsasən, neoantigenlərə əsaslanan xərçəng əleyhinə peyvənd ilkin mərhələdə melanoma (dəri xərçəngi) diaqnozu qoyulmuş məhdud sayda xəstələr üzərində sınaqdan keçiriləcək:

"Yaxın aylarda bu eksperimental vaksinoloji yanaşmanın tətbiqinə başlayacağıq. Hazırda yalnız istehsal mərhələsindəyik. Peyvəndləri biz hazırlayırıq, amma onları Herzen adına Onkologiya İnstitutuna və Bloxin adına Onkologiya Elmi Mərkəzinə çatdıracağıq".

Qeyd edilir ki, bu yeni peyvənd şəxsi immun cavab əsasında hazırlanır və hər bir xəstənin genetik xüsusiyyətlərinə uyğun olaraq fərdiləşdirilir. Yəni bu, klassik universal vaksinlərdən fərqli olaraq, xüsusi "neoantigenlərə" əsaslanan fərdi yanaşma ilə yaradılıb.

Akademik Gintsburq onu da əlavə edib ki, bu yanaşma təkcə Rusiyada deyil, beynəlxalq elmi dairələrdə də ciddi maraq doğurub:

"Biz bu mövzu ilə bağlı onlarla məktub almışıq – müxtəlif ölkələrdən olan onkoloqlar və tədqiqatçılar layihə ilə maraqlanırlar. Bu da göstərir ki, yeni vaksinin tətbiqi gələcəkdə beynəlxalq miqyasda genişlənə bilər".

Xatırladaq ki, Qamaleeya Mərkəzi koronavirus pandemiyası zamanı "Sputnik V" vaksinini hazırlayan əsas elmi müəssisə olub və indi onkologiyada peyvənd yanaşması üzərində işləyir. Ekspertlər bu təşəbbüsün uğur qazanacağı təqdirdə, onkoloji xəstəliklərlə mübarizədə yeni bir mərhələnin başlaya biləcəyini bildirirlər. /Musavat.com


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv