Yaxın gələcəkdə Zəngəzur dəhlizi üzərindən… – Bayraqdar

Yaxın gələcəkdə Zəngəzur dəhlizi üzərindən… – Bayraqdar






presstv

"Presstv"az #Avropa, #Azərbaycan, #Bakı, #Gürcüstan, #Jurnalistlər, #Suriya, #Türkiyə, #Zəngəzur dəhlizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yaxın gələcəkdə Zəngəzur dəhlizi üzərindən bütün enerji resursları və logistik marşrutlar Türkiyəyə çatdırılacaq.

presstvaz xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraqdar Türkiyə-Suriya qaz boru kəmərinin açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, hazırda Azərbaycandan elektrik enerjisi Gürcüstan üzərindən Türkiyəyə ötürülür.

“Eyni zamanda Orta Asiyadakı digər enerji mənbələri və logistik imkanlar da Azərbaycan üzərindən Türkiyəyə, oradan isə Avropaya çatdırılacaq”, – deyə o qeyd edib.

A.Bayraqdar əlavə edib ki, Azərbaycanın təbii sərvətlərinin – neft, qaz və elektrik enerjisinin Türkiyəyə ixracı ilə bağlı bütün layihələr paralel şəkildə və koordinasiyalı formada icra olunur:

“Bu istiqamətdə ciddi irəliləyişlər əldə olunub. İndiyədək həyata keçirilən əsas layihələr sırasında Bakı-Tiflis-Ceyhan neft kəmərini, Bakı-Tiflis-Ərzurum qaz boru kəmərini və Naxçıvan-Türkiyə elektrik interkonnektorunu qeyd edə bilərəm”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv