Bu gün tarixi hadisə yaşanacaq: 13-cü dövlət, Yaxın Şərqdə…

Bu gün tarixi hadisə yaşanacaq: 13-cü dövlət, Yaxın Şərqdə…






presstv

"Presstv"az #Avropa, #Azərbaycan, #Hadisə, #İlham Əliyev, #Müharibə, #Suriya, #Türkiyə, #Vüqar Bayramov, #Yaxın Şərq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu gün Azərbaycan qazı Suriyaya nəql ediləcək. Suriya Azərbaycan qazını istehlak etməklə öz enerji təhlükəsizliyini gücləndirən 13-cü dövlət olacaq. Bunadək Azərbaycan qazı 12 ölkəyə ixrac edilirdi.

presstvaz xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.

“Azərbaycan qazı Suriyaya gündəlik 6 milyon kubmetr ötürmə qabiliyyətinə malik olacaq Kilis-Hələb kəməri vasitəsi ilə nəql ediləcək. Bu o deməkdir ki, həmin kəmərin illik ötürmə qabiliyyəti 2 milyard kub metrədək yüksəldilə biləcək. Azərbaycan qazı vasitəsi ilə Hələbdə elektrik enerjisi əldə ediləcək və 1200 meqavata yaxın əlavə istehsal planlaşdırılır. Bütövlükdə, Azərbaycan qazından istifadə etməklə Suriya daxilii elektrik enerjisi təminatını 2 dəfəyə yaxın yaxşılaşdıra biləcək”, – o bildirib.

Millət vəkilinin sözlərinə görə, Suriyanın enerji təlükəsizliyinə töhfə Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirəcək:

“Azərbaycanın yalnız region və Avropanın deyil, eyni zamanda Yaxın Şərqin də enerji təhlükəsizliyinin formalaşmasında rolu artmaqdadır.

Regionda enerji təhlükəsizliyinin formalaşmasına və güclənməsinə ən çox töhfə verən təşəbbüslərdən biri məhz Cənub Qaz Dəhlizinin reallaşması oldu. Bu dəhliz nəinki region, bütün Avropa üçün ən vacib təşəbbüslərdən sayılır. Cənub Qaz Dəhlizinin reallaşması Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində mümkün olub. Layihə müzakirə edilən zaman həm maliyyələşdirmə, həm də boru kəmərinin keçəcəyi coğrafi ərazilərlə bağlı fərqli yanaşmalar var idi. Bütün bunlara rəğmən Azərbaycanın dəstəyi ilə region və qitə üçün əhəmiyyətli hesab olunacaq layihə reallaşdı. Azərbaycanın reallaşdırdığı layihələr təbii qazın Türkiyə, Avropaya və artıq Suriyaya çatdırılmasını təmin edir. Məhz Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində regional enerji təhlükəsizliyin daha da güclənməsinə nail oluna bilindi.

Bütövlükdə, Azərbaycan qazının Suriyaya nəql edilməsi tarixi hadisədir. Uzun müddət vətəndaş müharibəsi yaşayan və əsasən dağıdılan Suriya yeni mərhələdə Azərbaycan qazı vasitəsi ilə öz enerji təhlükəsizliyini gücləndirəcək”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv