Konfrans Liqasında komandalarımızın potensial rəqibləri

Konfrans Liqasında komandalarımızın potensial rəqibləri






presstv

"Presstv"az #Almaniya, #Araz-Naxçıvan, #Astana, #Avropa, #Avstriya, #Belarus, #Belçika, #Bolqarıstan, #Danimarka, #Fransa, #İngiltərə, #İspaniya, #İsrail, #İtaliya, #Latviya, #Macarıstan, #Moldova, #Niderland, #Norveç, #Polşa, #Qazax, #Qazaxıstan, #Serbiya, #Slovakiya, #Sofiya, #Türkiyə, #UEFA Avropa Liqası, #Ukrayna, #Yunanıstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avqustun 4-də Nyonda (İsveçrə) UEFA Konfrans Liqasının təsnifat mərhələsinin pley-off oyunlarının püşkatma mərasimi keçiriləcək.

presstvaz Oxu.az-a istinadən xəbər verir ki, püşkatma nəticəsində "Araz-Naxçıvan" və "Sabah" klubları potensial rəqiblərini tanıyacaqlar.

"Sabah" 3-cü təsnifat mərhələsində Bolqarıstanın "Levski"(Sofiya), "Araz-Naxçıvan" isə Kiprin "Omoniya" klubu ilə üz-üzə gələcək.

Püşkatma mərasimində Elmar Baxşıyevin komandası səpələnmişlər, Valdas Dambrauskasın komandası isə səpələnməmişlər sırasında yer alacaq.

"Araz-Naxçıvan"ın potensial rəqibləri aşağıdakı klublardır: "Larne" (Şimali İrlandiya) – "Santa Klara" (Portuqaliya), "Lozanna-Sport" (İsveçrə) – "Astana" (Qazaxıstan), "Klaksvik" (Farer adaları) – "Neman" (Belarus), "Vikinqur" İslandiya) – "Bröndbü"(Danimarka), "Hayduk" (Xorvatiya) – "Dinamo Siti" (Albaniya), "Riqa" (Latviya) – "Beytar" (İsrail), "Aris" (Kipr) – AEK (Yunanıstan), "Banik" (Çexiya) – "Austriya" (Avstriya), "Universitatya" (Krayova, Rumıniya) – "Spartak" (Slovakiya), "Rusenborq"(Norveç) – "Hammarbü"(İsveç), AİK(İsveç) – "Dyör" (Macarıstan), "Kauno Jalgiris" (Litva) – "Arda" (Bolqarıstan), "Polessye" (Ukrayna) – "Pakşi" (Macarıstan).

Eləcə də UEFA Avropa Liqasının 3-cü turunun məğlubları "Araz-Naxçıvan"ın potensial rəqibi olacaqlar: "Servett" (İsveçrə) – "Utrext" (Niderland), PAOK (Yunanıstan) – "Volfsberger" (Avstriya), "Fredrikstad" (Norveç) – "Midtyülland" (Danimarka), AEK (Kipr) – "Legia" (Polşa) və "Hekken" (İsveç) – "Brann" (Norveç).

Öz növbəsində, "Sabah"ın potensial rəqibləri sırasına aşağıdakı klublar daxildir: "Fiorentina" (İtaliya), "Kristal Pelas" (İngiltərə), "Rayo Valyekano" (İspaniya), "Maynts" (Almaniya), "Strasburq" (Fransa), həmçinin 3-cü turun qalibləri "AZ Alkmaar" (Niderland) – "Vaduts"(Lixtenşteyn), "Rapid" (Avstriya) – "Dandi Yunayted" (Şotlandiya), "Anderlext" (Belçika) – "Şerif" (Moldova), "Vikinq" (Norveç) – "Başakşəhər" (Türkiyə), "Partizan" (Serbiya) – "Hibernian" (Şotlandiya), "Rakuv" (Polşa) – "Makkabi" (Hayfa, İsrail), "Balkani"(Kosovo) – "Şemrok Rovers"(İrlandiya), "Sent-Patriks"(İrlandiya) – "Beşiktaş"(Türkiyə), "Silkeborq" (Danimarka) – "Yagelloniya" (Polşa), həmçinin AL-da 3-cü mərhələdə "Panathinaikos" (Yunanıstan) – "Şaxtyor" (Ukrayna) və ÇFR (Rumıniya) – "Braqa" (Portuqaliya) cütlərinin məğlubları.

Püşkatma saat 16:00-da başlayacaq. Konfrans Liqasının seçmə mərhələsinin pley-off oyunları avqustun 21 və 28-də keçiriləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv