ABŞ-də 67 nəfərin ölümünə səbəb olan təyyarə qəzasının təqsirkarı açıqlandı

ABŞ-də 67 nəfərin ölümünə səbəb olan təyyarə qəzasının təqsirkarı açıqlandı






presstv

"Presstv"az #ABŞ, #Araşdırma, #Gəmi, #Hadisə, #Nəqliyyat, #Quru Qoşunları, #təyyarə, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin Federal Mülki Aviasiya İdarəsi (FAA) bu il yanvarın 29-da Vaşinqtonda baş verən və 67 nəfərin həyatına son qoyan dəhşətli aviaqəzanın təfərrüatını açıqlayıb. Məlum olub ki, faciəyə hava hərəkətini idarə edən dispetçerin ciddi səhlənkarlığı səbəb olub. O, “American Airlines” şirkətinə məxsus sərnişin təyyarəsinin heyətini ABŞ Quru Qoşunlarının “Black Hawk” helikopterinin təhlükəli dərəcədə yaxınlaşması barədə vaxtında xəbərdar etməyib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Milli Nəqliyyat Təhlükəsizliyi Şurasında (NTSB) keçirilən dinləmələrdə bəyan edilib.

FAA nümayəndəsi Nik Fullerin sözlərinə görə, qəzadan əvvəl dispetçer təyyarəni “Black Hawk” helikopterinin trayektoriyası haqqında məlumatlandırmalı və vizual eşelonlaşdırma (yəni vizual məsafə saxlama) sistemindən istifadə olunduğunu bildirməli idi.

NTSB-nin sədri Cennifer Homendi isə bildirib ki, hadisədən 10 dəqiqə əvvəl dispetçer eyni anda 21 hava gəmisi ilə əlaqə saxlayıb. O, araşdırma zamanı müstəntiqlərə bildirib ki, qəzadan təxminən 15 dəqiqə əvvəl özünü “həddən artıq yüklənmiş” hiss edib.

FAA qeyd edir ki, hadisənin baş verdiyi anlarda Vaşinqtonun hava limanında hər saatda orta hesabla 79 təyyarə eniş və uçuş həyata keçirib.

Xatırladaq ki, yanvarın 29-da “PSA Airlines” aviaşirkətinə məxsus “Bombardier CRJ700” sərnişin təyyarəsi Vaşinqton hava limanına eniş edərkən təlim uçuşu həyata keçirən “Sikorsky UH-60” (“Black Hawk”) hərbi helikopteri ilə toqquşub. Hər iki hava gəmisi çaya düşüb. Təyyarədə 64 nəfər, helikopterdə isə 3 nəfər olub. Onların hamısı həlak olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv