Kürdə sintetik torlardan qanunsuz istifadə aşkarlandı

Kürdə sintetik torlardan qanunsuz istifadə aşkarlandı






presstv

"Presstv"az #Azərbaycan, #Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA), #Sabirabad, #Sabirabad rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti Kür çayının Şirvan şəhəri və Sabirabad rayonu ərazisindən keçən hissəsində növbəti reyd keçirib.

presstvaz ADSEA-ya istinadən xəbər verir ki, reyd zamanı mülki dövriyyəsi qanunla qadağan olunmuş sintetik torlardan və digər balıq ovu vasitələrindən istifadə halları aşkarlanıb. Eyni zamanda, su obyektlərinin çirkləndirilməsi faktlarına da rast gəlinib.

Nəticədə müxtəlif ölçülərdə və ümumi uzunluğu 300 metrdən artıq olan sintetik torlar, eləcə də çoxlu sayda vintil (balıq tutma vasitəsi) su hövzəsindən çıxarılıb və qanunvericiliyə uyğun olaraq zərərsizləşdirilməsi istiqamətində tədbirlər görülüb.

Agentliyin məlumatında qeyd edilir ki, mövcud qanunvericiliyə əsasən, su obyektlərinə istehsalat, təsərrüfat və məişət tullantılarının axıdılması, eləcə də suyun çirklənməsinə səbəb olan digər fəaliyyətlər qadağandır.

“Təəssüf ki, sintetik torların istifadəsi qanunla qadağan edilməsinə baxmayaraq, bəzi şəxslər bu vasitələrdən istifadə etməyə davam edirlər. Bu, su obyektlərinin çirklənməsinə, təbii axım rejiminin pozulmasına və bioloji müxtəlifliyin azalmasına səbəb olur”, – deyə məlumatda bildirilir.

Bundan əlavə, sintetik torlardan istifadənin balıq ehtiyatlarının kütləvi məhvinə və uzunmüddətli ekoloji zərərlərə yol açdığı, suyun axımının dəyişməsi ilə durğun zonaların və çöküntülərin yaranmasına, dib faunasının məhvinə səbəb olduğu qeyd olunub. Torların suvarma sistemlərində boruları və kanalları tıxaması isə hidrotexniki qurğuların fəaliyyətinə mənfi təsir göstərir.

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti bu kimi halların qarşısının alınması məqsədilə mütəmadi nəzarət tədbirlərinin davam etdiriləcəyini bəyan edib və vətəndaşlara çağırış edərək, su obyektlərinin çirkləndirilməsi halları ilə rastlaşdıqda qurumun sosial media hesabları vasitəsilə məlumat vermələrini xahiş edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv