Pakistan tarixdə ilk dəfə ABŞ neftini aldı

Pakistan tarixdə ilk dəfə ABŞ neftini aldı






presstv

"Presstv"az #ABŞ, #Donald Tramp, #Pakistan, #Vaşinqton, #Yaxın Şərq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Pakistanın ən böyük neft emalı şirkəti “Cnergyico” oktyabrda ABŞ-dan 1 milyon barrel xam neft idxal edəcək.

presstvaz xəbər verir ki, bunu “Cnergyico” rəhbərinin müavini Üsamə Qüreyşi deyib.

O bildirib ki, neft partiyası qlobal əmtəə treyderi “Vitol”dan alınıb:

“Bu, “Vitol” ilə uzunmüddətli müqaviləmizin bir hissəsi kimi sınaq partiyasıdır. Kommersiya baxımından əlverişli və sərfəli olduğu ortaya çıxsa, biz ayda ən azı bir partiya idxal edə biləcəyik”.

“Röyters” isə vurğulayıb ki, neft razılaşması ABŞ Prezidenti Donald Trampın Pakistan ixracatını ciddi tariflərlə hədələdikdən aylar sonraya təsadüf edir və bu, İslamabadı Vaşinqtonla enerji və ticarət əlaqələrini genişləndirməyə sövq edib:

“Pakistanın ilk dəfə Amerika nefti alması İslamabadın Yaxın Şərqin karbohidrogen təchizatçılarından uzun müddətdir asılılığında əhəmiyyətli dəyişiklik olub”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv