Bakı konsertini ləğv edən müğənni təhdid edildi – Video

Bakı konsertini ləğv edən müğənni təhdid edildi – Video






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Birləşmiş Ərəb Əmirlikləri, #Doğum günü, #Dollar, #İstanbul, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıdakı konsertini ləğv edən Rza Tamer təhdid edildiyini bildirib.

presstvaz xəbər verir ki, müğənni bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Onun iddiasına görə, Bakıda ləğv olunan konsertin keçiriləcəyi restoran Türkiyədə barəsində axtarış elan edilən və hazırda Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaşayan qeyri-qanuni mütəşəkkil qruplaşmanın rəhbəri Sədat Pekərə “məxsus” olub:

“Sədat Pekərə sonsuz sayğılarımı bildirirəm. Sədat qardaş, bizim Turana əmək verən hər kəsə sonsuz hörmətimiz var. Bizə zəng edib Azərbaycanda ləğv etdiyim konsertin məkanının sənə aid olduğunu deyib, təhdid etdilər. Sədat qardaş, mən azərbaycanlılara heç bir hörmətsizlik etmədim. Getdik ora və mənə doğum günü əyləncəsi olacağını, 50 min dollar qarşılığında 2 mahnı ifa etməli olduğumu bildirdilər. Biz isə razılaşmadıq və oteli tərk etdik. Başqa oteldə də türk lirəsinin keçmədiyini gördükdən sonra Türkiyəyə qayıtdıq. Azərbaycan xalqına heç bir hörmətsizliyim yoxdur. Onlar başımın tacıdır.

Sədat qardaş, əgər bu işlə sənin əlaqən yoxdursa və sənin adından istifadə edirlərsə, bildirim ki, mən İstanbuldayam. 4 saat burada sizi gözləyəcəyəm, gəlin!”, – müğənni bildirib.

AXAR, dünən “Bihter” restoranında konserti planlaşdırılan türkiyəli müğənni Rza Tamer konsertini ləğv edərək ölkəsinə qayıdıb. Səbəb kimi isə Türkiyə lirəsinin Azərbaycanda keçmədiyini göstərib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv