Arif Babayev vəfat etdi

Arif Babayev vəfat etdi






presstv

"Presstv"az #Azərbaycan, #Heydər Əliyev, #Vəfat edib

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Xalq artisti Arif Babayev bu gün vəfat edib.

presstvaz  Kult.az-a istinadən  xəbər verir ki, xalq artisti iyulun 23-də kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyəti kritik ağır olduğundan paytaxtdakı tibb müəssisəsinə təxliyə edilib və vəfat etməsinə qədər burada müalicəsi davam etdirilib.

Qeyd edək ki, Arif Babayev 20 fevral 1938-ci ildə Ağdamın Sarıcalı kəndində anadan olub. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini bitirdikdən sonra Azərbaycan Dövlət Filarmoniyasında və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışıb.

Arif Babayev muğam operalarında Məcnun, Kərəm (Ü.Hacıbəyov “Leyli və Məcnun”, “Əsli və Kərəm”), Aşıq Qərib (Z.Hacıbəyov “Aşıq Qərib”), Camal (Ş. Axundova “Gəlin qayası”) kimi yaddaqalan obrazlar yaradıb, eləcə də onun ifasında bütün muğam dəstgahları səslənmiş və lentə alınaraq Azərbaycan Dövlət Televiziyasının “Qızıl fond”una daxil olmuşdur.

1984-cü ildə ilk muğam müəllimi kimi Azərbaycan Dövlət Konservatoriyasına işə qəbul olunan xanəndə 1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb və üzun müddət Milli Konnservatoriyanın Muğam kafedrasına rəhbərlik edib.

“Şöhrət”, “Şərəf”, “İstiqlal” ordenli Xalq artisti 2 fevral 2024-cü ildə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı, 8 may 2025-ci ildə isə Heydər Əliyev Mükafatı ilə təltif olunmuşdur.

Allah rəhmət eləsin!


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv