“Qarabağ”ın rəqibinin Bakıya ikinci gəlişi: İlk səfərində qalib ola bilməmişdi

“Qarabağ”ın rəqibinin Bakıya ikinci gəlişi: İlk səfərində qalib ola bilməmişdi






presstv

"Presstv"az #"Qarabağ", #Avropa, #Azərbaycan, #Bakı, #Neftçi, #UEFA Avropa Liqası, #UEFA Çempionlar Liqası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Şkendiya” doqquz il öncə Azərbaycan klubu ilə qarşılaşıb.

presstvaz xəbər verir ki, 2016/17 mövsümündə UEFA Avropa Liqasında çıxış edən təmsilçimiz “Neftçi” II təsnifat mərhələsində “Şkendiya” ilə mübarizədən məğlub ayrılıb.

Bakıda keçirilən ilk görüş qolsuz bərabərliklə yekunlaşsa da, “ağ-qaralar” səfərdə makedoniyalılara 0:1 hesabı ilə meydandan məğlub olaraq ayrılıblar. Rəqib “Şkendiya” isə həmin mövsümdə Avropada tarixinin ən uğurlu çıxışına imza atıb.

Belə ki, komanda UEFA Avropa Liqasında üç mərhələ adlamağı bacarıb.

Çempionlar Liqasının hazırkı püşkatmasında “Şkendiya” əvvəlki mərhələdə Rumıniya FKSB-sini iki dəfə məğlub edib (1:0, 2:1), “Qarabağ” isə öz növbəsində “Şelburn”a Dublində 3:0, Bakıda isə 1:0 hesabları ilə qalib gəlib.

Qeyd edək ki, “Qarabağ” və “Şkendiya” arasında ilk oyun avqustun 5-də Skopyedə, cavab qarşılaşması isə avqustun 12-də Azərbaycanın paytaxtında keçiriləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv