“Radius” Babək prospektində yeni filialını istifadəyə verdi

“Radius” Babək prospektində yeni filialını istifadəyə verdi






presstv

"Presstv"az #Almaniya, #Avto, #Azərbaycan, #Babək prospekti

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanın avtomobil xidmətləri sahəsində tanınmış milli brendi “Radius” 11 illik təcrübəsini və innovativ yanaşmasını yeni mərhələyə daşıyaraq, Babək prospektində yerləşən yeni – ikinci filialını ictimaiyyətin istifadəsinə təqdim edib. Şirkət bu addımla həm xidmət miqyası, həm də texnoloji və ekoloji standartlar baxımından bazarda yeni mərhələnin əsasını qoyub.

“Radius” 2012-ci ildə müstəqil biznes subyekti kimi qeydiyyata alınıb, 2014-cü ildən isə ilk filialı ilə fəaliyyət göstərir. Bu gün şirkət ölkənin bütün regionlarını əhatə edəcək geniş şəbəkənin formalaşdırılması istiqamətində strateji planlarını ardıcıl şəkildə həyata keçirir.

Yeni filial 6500 kvadratmetrlik ərazidə fəaliyyət göstərəcək və hər saatda 20-yə yaxın minik avtomobilinə xidmət göstərmək imkanına malikdir. Mərkəzin illik gücü 37 mindən çox avtomobili qəbul etməyə və təqribən 150 000 təkərlə bazarı təmin etməyə imkan verir.

“Radius”un servis konsepsiyasında bir avtomobilə göstərilən xidmətlərin müddəti maksimum 56 dəqiqə olaraq qəbul edilsə də, hazırda rekord göstərici 4 dəqiqə 36 saniyə təşkil edir.

Şirkətin biznes modeli çoxsaylı təkər brendlərinin əlçatanlığını təmin etməklə, istehsalçılardan birbaşa idxal, sərt sənaye standartlarına cavab verən depolama sistemi, peşəkar konsultasiya və müasir texnologiyalarla xidmətin sürətli icrasına əsaslanır.

Yeni filialda 40 brend üzrə 280 ölçüdə, ümumilikdə 18 500 ədəd təkər ehtiyatı mövcuddur. Bu, istənilən marka, yol və iqlim şəraiti, sürüş tərzi və büdcə üçün uyğun təkər seçimini təmin edir.

Mərkəz məhsuldarlıq və effektivlik baxımından ölkənin ən iri avtomobil xidmət mərkəzlərindən birinə çevrilir. “Radius” hazırda 35-dən çox ticarət, 20-dən çox texnoloji təchizat partnyoru ilə əməkdaşlıq edir. Bu tərəfdaşlıqlar beynəlxalq avtomobil elmlərindəki biliklərin birbaşa yerli istehlakçıya ötürülməsində mühüm rol oynayır.

Şirkət sosial məsuliyyət və ekoloji dəyərlərə də xüsusi önəm verir. Sosial media və radio vasitəsilə yol hərəkəti təhlükəsizliyi və təkərlə bağlı mütəmadi maarifləndirmə kampaniyaları aparılır.

Hər bir “Radius” filialı sənaye memarlığının müasir nümunəsi kimi layihələndirilib. Layihələndirmə zamanı Almaniyanın bu sahədə 100 illik təcrübəyə malik şirkətinin dəstəyi və Azərbaycanın peşəkar memarlarının bilikləri birləşdirilib. Layihə həm funksionallığı, həm də ekoloji dayanıqlığı ilə seçilir.

Yeni filialın istifadəyə verilməsi ilə şirkət 100-dən artıq yeni iş yerinin açılmasını hədəfləyir. “Radius” müasir ofis infrastrukturu və sağlam iş mühiti ilə savadlı, dinamik və yaradıcı gənclər üçün cəlbedici iş imkanları yaradır. Buradakı iş modeli təkcə Azərbaycanda deyil, inkişaf etmiş ölkələrdə də nümunə göstərilə bilər.

Avtomobil sahəsində dərin biliklərə söykənən və müştəri məmnuniyyətini prioritet sayan “Radius”, eyni zamanda sosial ədalət və imkan bərabərliyini təşviq edən əmək mühiti ilə fərqlənir.

Bu layihə təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də unikal biznes modeli və yüksək texnoloji tələblərə cavab verən nümunə kimi təqdim edilə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv