Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər SAXLANILDILAR

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər SAXLANILDILAR






presstv

"Presstv"az #Azərbaycan, #Gürcüstan, #Qazax, #Rusiya, #Şəki, #Şri-Lanka

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İyul ayının 27-də Azərbaycan sərhədini qanunsuz şəkildə pozmağa çalışan şəxslər saxlanılıb.

presstvaz xəbər verir ki, bununla bağlı məlumatı Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi yayıb.

Məlumatda bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının “Şəki” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində Azərbaycandan Rusiya istiqamətində üç nəfər Əlcəzair vətəndaşı – 1997-ci il təvəllüdlü Mesimi Rami Süleyman, 2004-cü il təvəllüdlü Moussaouı Tacedin Həsən, 2003-cü il təvəllüdlü Kateb Coudı Abdulxani, “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində Gürcüstan istiqamətində isə bir nəfər Şri-Lanka vətəndaşı Udula İmanthalanka dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri davam еtdirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv