Hansı plastik əməliyyatlar daha risklidir? – QİYMƏTLƏR

Hansı plastik əməliyyatlar daha risklidir? – QİYMƏTLƏR






presstv

"Presstv"az #Estetik əməliyyat, #plastik cərrah, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Estetik əməliyyatlara maraq ildən-ilə artır. Amma hər cərrahi müdaxilə arzuolunan nəticə ilə bitmir. Bəzi əməliyyatlar gözəllik əvəzinə ciddi sağlamlıq problemlərinə səbəb olur.  

presstvaz Xəzər Xəbərə istinadən xəbər verir ki, məsələ ilə bağlı plastik cərrahi uzmanı Dilqəm Məmmədovun sözlərinə görə, hər bir cərrahi müdaxilə risk daşıyır. Lakin bəzi plastik əməliyyatlar peşəkar şəkildə aparılmalıdır:

“İlk növbədə risk daşıyan əməliyyat BBL ( Brazilian Butt Lift)  dediyimiz sarğı nahiyəsinin şəkilləndirmə əməliyyatıdır. Bu əməliyyatda ölüm riski 3000/1 sayılır. İkinci sırada liposaksiya ( piy sovurma) əməliyyatıdır. Bu əməliyyatda dəri ilə əzələ arasındakı yağ toxumaları götürülür, daha sonra üzgərmə əməliyyatıdır, çünki burda da qanama riski, tikişlərin izi məsələsi var.

Daha az riskli olan əməliyyatlar isə düzgün edilmədikdə müəyyən fəsadlara səbəb ola bilər. Bunlardan biri də göz qapağını şəkilləndirmə əməliyyatıdır. Çünki burda əzələlər, dərini ciddi şəkildə kontrol etmək lazımdır”.

Bəs bu əməliyyatların qiyməti necədir?

BBL – 6250- 7560 azn

Rinoplastika – 2500-7000 azn

Liposaksiya – 5000- 10 000 azn

Qarın gərmə – 3800-8000 azn

Üz gərmə – 4000 – 6000 azn

Qeyd edək ki, əməliyyatların qiyməti tibb müəssəsindən asılı olaraq dəyişə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv