Hindistan Pakistanı təhdid etdi

Hindistan Pakistanı təhdid etdi






presstv

"Presstv"az #Çin, #Hadisə, #Hindistan, #Pakistan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Hindistan Pakistanın terrorçuluğu dəstəkləmədiyindən əmin olanadək Hind çayının suları haqqında müqavilənin bərpa olunmayacağını bəyan edib.

presstvaz-ın TASS-a istinadən məlumatına görə, bu bəyanatı Hindistan Xarici İşlər Naziri Subramaniam Cayşankar parlamentin yuxarı palatasında “Sindur” əməliyyatına həsr olunmuş müzakirələr zamanı səsləndirib.

Onun sözlərinə görə, bu müqavilə “dostluq niyyəti ilə imzalanmışdı”, lakin 1960-cı ildən bəri bu sazişin ruhunu sarsıdan çoxsaylı hadisələr baş verib.

Qeyd edək ki, 1960-cı ildə imzalanmış sazişə əsasən, Pakistan Hind çayı və onun əsas qolları (Çinab və Celam) üzərində nəzarət hüququ əldə edib. Aprelin 22-də Cammu və Kəşmirdə baş verən terror aktından sonra Hindistanın Xarici İşlər Nazirliyi müqavilənin icrasının dərhal dayandırıldığını elan edib. Rəsmi Nyu-Delhi 26 nəfərin ölümü ilə nəticələnən terror aktında transsərhəd əlaqələri müəyyən etdikdən sonra bu addımı atıb. Mayın 7-də Hindistan ordusu Pakistan ərazisində yerləşən hədəflərə qarşı “Sindu” adlı hərbi əməliyyata başlayıb. Pakistan cavab zərbələri endirib. Mayın 10-da tərəflər atəşkəs elan ediblər. Hindistan əməliyyatın dayandırıldığını, lakin hələ yekunlaşmadığını bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv