Petropavlovsk-Kamçatskda 7,5 maqnitudaya qədər afterşok XƏBƏRDARLIĞI

Petropavlovsk-Kamçatskda 7,5 maqnitudaya qədər afterşok XƏBƏRDARLIĞI






presstv

"Presstv"az #ABŞ, #Bakı, #Çin, #Güclü zəlzələ, #Kaliforniya, #Meksika, #Rusiya, #Tayvan, #Zəlzələ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kamçatkada bu gün baş verən güclü zəlzələdən sonra vəziyyət gərgin olaraq qalır. Alimlər yaxın günlərdə 7.5 maqnitudaya qədər afterşokların baş verə biləcəyini və Avaçinski körfəzi yaxınlığında sunami təhlükəsinin davam etdiyini bildirirlər.

presstvaz TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Kamçatka diyarı üzrə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, baş vermiş güclü zəlzələ ilə bağlı Rusiya Zəlzələlərin Proqnozlaşdırılması, Seysmik Təhlükə və Riskin Qiymətləndirilməsi üzrə Ekspert Şurasının növbədənkənar iclası keçirilib.

“Alimlərin rəyinə əsasən, yaxın vaxtlarda Petropavlovsk-Kamçatski şəhər dairəsində intensivliyi 6 bala çatan, maqnitudası isə 7.5-ə qədər olan afterşoklar baş verə bilər. Bununla yanaşı, Avaçinski körfəzi sahillərində təhlükəli sunami dalğalarının yaranması ehtimal olunur”, – deyə məlumatda bildirilib.

Fövqəladə Hallar Nazirliyi vətəndaşlara Avaçinski körfəzi və Sakit okean akvatoriyasına yaxın ərazilərdən uzaq durmağı tövsiyə edir.

Xatırladaq ki, iyulun 30-da yerli vaxtla saat 11:24-də (Bakı vaxtı ilə 3:24) Sakit okeanda Kamçatka yaxınlığında 8.7 bal gücündə zəlzələ baş verib. Təkanların episentri Petropavlovsk-Kamçatskdan 161 km şərqdə, 32 km dərinlikdə yerləşib. Bu, 1952-ci ildən bəri regionda baş verən ən güclü zəlzələdir. Sunami təhlükəsi elan edilib, dörd metrə qədər hündürlükdə dalğalar qeydə alınıb. Yaralananlar var, bir nəfər həlak olub.

Çili, Meksika, Çinin şərq sahillərində, Tayvanda, Ekvador və Solomon adalarında, həmçinin ABŞ-nin Havay, Kaliforniya və Oreqon ştatlarında sunami təhlükəsi elan edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv