Dövlət səviyyəsində təhqir: Peru prezidentinin bir cümləsi diplomatik böhrana səbəb oldu

Dövlət səviyyəsində təhqir: Peru prezidentinin bir cümləsi diplomatik böhrana səbəb oldu






presstv

"Presstv"az #Boliviya, #Kuba, #Liviya, #Peru, #Venesuela

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Boliviya Xarici İşlər Nazirliyi Perudakı səlahiyyətli nümayəndəsi Eva Çukimianı məsləhətləşmələr üçün geri çağırıb. Bu qərar Peru Prezidenti Dina Boluartenin qonşu Boliviyanı “uğursuz dövlət” adlandırmasından sonra qəbul olunub.

presstvaz-ın məlumatına görə, bu barədə nazirliyin Mətbuat Xidməti məlumat yayıb.

Boliviya xarici işlər nazirinin müavini Elmer Katarina bəyan edib ki, bu cür açıqlamalar dövlətlər arasında sülh və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan birgə yaşayışa təhdid yaradır. Onun sözlərinə görə, bu prinsiplər qonşu və qardaş ölkələr arasında münasibətlərin əsasını təşkil etməlidir.

Katarina bildirib ki, Perudakı diplomatik nümayəndənin geri çağırılması məqsədi Boluarte tərəfindən səsləndirilən fikirlərin konteksti və səbəbləri barədə ətraflı hesabat almaqdır.

Boliviya rəsmisi Peru prezidentinin sözlərini yolverilməz adlandırıb və onları “Boliviya xalqının ləyaqətinə qarşı təhqir” kimi qiymətləndirib.

Qeyd edək ki, Peru Prezidenti Dina Boluarte ölkəsinin müstəqilliyinin 204-cü ildönümünə həsr olunmuş çıxışında belə demişdi:

“Peru 2022-ci ildə Kuba, Venesuela, Boliviya və bir çox başqa ölkələr kimi uğursuz dövlətə çevrilmək üzrə idi”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv