Şəhid övladları Avstriyada yay düşərgəsində iştirak edirlər

Şəhid övladları Avstriyada yay düşərgəsində iştirak edirlər






presstv

"Presstv"az #Ailə, #Avstriya, #Azərbaycan, #DNT, #Hava Yolları, #Lotereya, #Təhsil, #Türkiyə, #Universitetlər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Avstriya Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı, “Azərbaycan Hava Yolları” (AZAL) QSC, “Azərlotereya” ASC və Azərbaycan Diasporuna Dəstək Fondunun tərəfdaşlığı ilə tələbə şəhid övladları üçün Avstriyanın Zalsburq və Vyana şəhərlərində keçirilən “Əmanətə Sədaqət” Yay Düşərgəsi davam etməkdədir.

Düşərgədə yerli və xarici universitetlərdə təhsil alan və yüksək akademik göstəricilərə malik 22 şəhid övladı iştirak edir.

Düşərgənin ilk günündə Zalsburq Azərbaycan Evində düşərgənin açılış mərasimi keçirilib. Açılış mərasimində çıxış edən “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova “Əmanətə Sədaqət” layihəsi çərçivəsində hər il həyata keçirilən bu düşərgələrin layihənin şəhid övladlarının şəxsi və peşəkar inkişafına töhfə verən mühüm təşəbbüs olduğunu vurğulayıb. Daha sonra çıxış edən Avstriya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fərid Əzizov isə qəhrəman şəhidlərimizin övladlarını Avstriyada qarşılamaqdan böyük qürur duyduqlarını bildirib.

Açılış mərasimində Avstriya və Sloveniyada yaşayan Azərbaycan diasporunun fəal üzvləri, eləcə də Avstriyada fəaliyyət göstərən Türkiyə diasporunun nümayəndələri iştirak ediblər.

Günün ikinci yarısında peşəkar təlimçi Emir Turan tərəfindən iştirakçılar üçün “Motivasiya” mövzusunda təlim keçirilib. Təlim interaktiv formatda təşkil olunub və gənclər tərəfindən böyük maraqla qarşılanıb.

Düşərgənin ikinci günündə iştirakçılar UNESCO-nun Ümumdünya Mədəni İrsi siyahısına daxil olan Hallştadt qəsəbəsini ziyarət edərək buradakı mədəni abidələrlə tanış olublar. Daha sonra iştirakçılar üçün Zalsburqda yerləşən Mirabell sarayına və Zaltsax çayı sahilinə ekskursiya təşkil olunub.

Qeyd edək ki, 28 iyul – 2 avqust 2025-ci il tarixlərində keçiriləcək düşərgə ərzində iştirakçılar karyera planlaması, şəxsi inkişaf, liderlik və motivasiya mövzularında peşəkar təlimlərə qatılacaq, həmçinin Avstriya mədəniyyətini yaxından tanıyacaq və tarixi bölgələrə maarifləndirici səfərlər edəcəklər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv