Bakıda 18 yaşlı qız ailəsindən qaçdı, kirayədə qaldığı evdə sevgilisini ürəyindən bıçaqladı

Bakıda 18 yaşlı qız ailəsindən qaçdı, kirayədə qaldığı evdə sevgilisini ürəyindən bıçaqladı






presstv

"Presstv"az #Ailə, #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Hadisə, #Qazax

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda ailəsindən qaçan 18 yaşlı qız kirayədə yaşadığı evdə sevgilisini öldürməyə cəhd edib.

presstvaz-ın məlumatına görə, 2006-cı il təvəllüdlü Səbinə Eyvazova (soyad şərtidir) Qazax rayonundan Bakının Əhmədli qəsəbəsinə, valideynlərinin yanına gedib. Bir müddətdən sonra valideynləri onun spirtli içki qəbul etdiyini öyrənir və evdə mübahisə yaranır. Səbinə valideynləri ilə dalaşıb evdən çıxır. O, Bakıdakı mağazalardan birində satıcı işləməyə başlayır və burada Tural adlı şəxslə tanış olur. Səbinə bir neçə gün müxtəlif yerlərdə gecələsə də, sonradan kirayə ev tutmaq istəyir və buna görə Turaldan kömək istəyir. Tural onu Fərid adlı tanışı ilə görüşdürür və onun tək yaşadığını bildirir. Danışıq əsasında Fərid Səbinənin onunla qalmasına razılıq verir. Təxminən 20 gün Fəridlə bir otaqda gecələyən Səbinə onunla bir neçə dəfə qarşılıqlı razılıq əsasında cinsi əlaqədə də olur.

20 gün sonra Fərid və Səbinə evə içkili gəlir və yatırlar. Səbinə sərxoş olduğundan, yatarkən əynində olan bütün paltarlarını çıxarıb yatağa girir və yatır. Fərid də öz növbəsində yatağa uzanıb yatır.

Səhər yuxudan oyanan Səbinə əynində paltarlarının olmadığını görüb, bunu Fəridin soyundurduğunu zənn edir. O, evdə stolun üzərində olan bıçağı götürüb Fəridə ürək nahiyəsindən iki zərbə endirir. Ağrıya yuxudan oyanan Fərid bıçaqlandığını görüb dəhlizə qaçır və qonşuları köməyə çağırır. Səbinə isə paltarını geyinib hadisə yerindən qaçır.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Səbinə Eyvazova saxlanılaraq istintaqa təhvil verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səbinə Eyvazova 11 il 3 ay azadlıqdan məhrum edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv