Kim Çen Inın bacısı KXDR-in ABŞ ilə münasibətləri barədə bəyanat verdi

Kim Çen Inın bacısı KXDR-in ABŞ ilə münasibətləri barədə bəyanat verdi






presstv

"Presstv"az #ABŞ, #Donald Tramp, #Kim Çen In, #Şimali Koreya, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Şimali Koreya lideri Kim Çen Inın bacısı, Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin müavini Kim Yo Çjon ABŞ-ni yeni reallıqları tanımağa çağırıb. Onun sözlərinə görə, əks halda, iki ölkə arasında danışıqlar yalnız Vaşinqtonun “ümidi” olaraq qalacaq.

presstvaz bu barədə Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadla xəbər verib.

Kim Yo Çjonun sözlərinə görə, bütün gələcək ehtimallar və düşüncələr üçün ilkin şərt KXDR-in nüvə silahına sahib dövlət kimi dönməz statusunun tanınması olmalıdır. Bundan əlavə, Birləşmiş Ştatlar Pxenyanın imkanlarının və geosiyasi vəziyyətin kökündən dəyişdiyini də nəzərə almalıdır.

Kim Çen Inın bacısı vurğulayıb ki, KXDR-in nüvə statusunu inkar etmək cəhdləri rədd olunacaq və ölkə bu statusu qorumaq üçün bütün variantlara açıqdır.

Xatırladaq ki, mart ayında ABŞ Prezidenti Donald Tramp KXDR-lə dialoqu bərpa etmək istədiyini bildirmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv