Qisas planı puç oldu: ABŞ-də silahlı şəxs binanı səhv saldı

Qisas planı puç oldu: ABŞ-də silahlı şəxs binanı səhv saldı






presstv

"Presstv"az #ABŞ, #Araşdırma, #elmi tədqiqat, #Futbol, #Hadisə, #Nyu-York, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin Nyu-York şəhərinin Manhetten rayonunda göydələnlərdən birində atışma törədən şəxsin Milli Futbol Liqasının (NFL) ofisinə hücum etməyi planlaşdırdığı məlum olub. Lakin o, mərtəbəni səhv salıb.

presstvaz xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi hüquq-mühafizə orqanlarındakı iki yüksəkvəzifəli əməkdaşa istinadla məlumat yayıb.

Məlumata görə, silahlı şəxs məqsədyönlü şəkildə NFL-in ofisinə doğru istiqamət götürüb, lakin səhvən “Rudin Management” şirkətinin ofisinə daxil olub.

Polis atəş açan şəxsin kimliyini müəyyən edib. Bu, Las-Veqasdan Nyu-Yorka gəlmiş 27 yaşlı Şeyn Tamuradır.

İstintaq davam edir. Müstəntiqlər onun şəxsiyyəti və ölümqabağı yazdığı məktub əsasında cinayətin motivləri ilə bağlı müxtəlif versiyaları araşdırırlar. Məktubda onun NFL-ə qarşı planlaşdırdığı qisas və səhhəti arasında mümkün əlaqə olduğu ehtimal edilir.

Şəxsin yazdığı məktubda xroniki travmatik ensefalopatiyadan əziyyət çəkdiyini qeyd etdiyi bildirilir. Bu xəstəlik peşəkar ABŞ-li futbolçular arasında tez-tez rast gəlinən neyrodegenerativ bir problemdir.

Araşdırma zamanı Tamuranın əvvəllər bu idman növü ilə məşğul olduğu da məlum olub. O, məktubunda beyninin elmi tədqiqatlar üçün istifadə edilməsini istədiyini bildirib və belə bir ifadə işlədib: “NFL-ə qarşı çıxa bilməzsən, səni əzərlər”.

07:23

Nyu-York şəhərinin (ABŞ) Manhetten rayonunun mərkəzində ofis binasında baş verən atışma nəticəsində biri polis olmaqla beş nəfər ölüb, altı nəfər yaralanıb.

presstvaz-ın xəbərinə görə, bu barədə “New York Post” (NYP) məlumat yayıb.

Bildirilir ki, silahlı şəxs “Blackstone” maliyyə şirkətinin ofisləri və Milli Futbol Liqasının qərargahının yerləşdiyi 44 mərtəbəli binaya tüfənglə daxil olub. Ətrafa atəş açdıqdan sonra o, 33-cü mərtəbədə barrikada qurub. Həmin şəxs elə orada güllə yarasından ölü tapılıb.

Hadisə yerinə Nyu-York polisi, şerif, Federal Təhlükəsizlik Xidməti, eləcə də istehkamçılar cəlb olunublar. Nyu-York meri Erik Adams videobəyanatında atışma zamanı xeyli insanın yaralandığını, buna görə də ölənlərin sayının durmadan artdığını bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv