Britaniya şahzadəsinin həyat yoldaşı özünə iş axtarır

Britaniya şahzadəsinin həyat yoldaşı özünə iş axtarır






presstv

"Presstv"az #Dollar, #Şahzadə Harri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sasseks hersoginyası Meqan Markl öz layihələrinin uğursuzluğa düçar olmasından sonra iş axtarır.

presstvaz-ın xəbərinə görə, bu barədə “Radar Online” nəşri məlumat verib.

Məşhurların çevrəsindən olan insayder bildirib ki, “Netflix” striminq xidməti onunla və əri Şahzadə Harri ilə 100 milyon dollarlıq müqaviləni ləğv etdikdən sonra Meqan Markl çətin vəziyyətdə qalıb. Sasseks hersoginyası populyarlığını itirməkdən qorxur və diqqət mərkəzində olmaq üçün çox şeyə razıdır. Mənbənin sözlərinə görə, Meqan Vupi Qoldberq ilə “The View” verilişini aparmağa hazırdır, lakin indi belə bir imkan yoxdur.

“Ona yeni hit lazımdır və təcili şəkildə. Bu növbəti fəsil onu ya populyarlaşdıra, ya da məhv edə bilər”, – deyə insayder qeyd edib.

Mənbə əlavə edib ki, “Netflix” striminqi “bu cütlükdən bacardığı hər şeyi sıxdığını” düşünür və buna görə də əməkdaşlığı dayandırmaq qərarına gəlib. Bundan əlavə, şirkətin işçiləri başa düşürlər ki, Meqan Markl üçün hazırda prioritet onun “As Ever” həyat tərzi mallar brendidir. Eyni zamanda, başqa bir mənbə bildirib ki, Sasseks hersoqu və hersoginyası “Netflix”in qərarından məyus olublar, çünki bu müqavilə sayəsində özlərinin 29 milyon dollarlıq malikanələrini və nəhəng işçi heyətini dəstəkləyə biləcəklərinə ümid edirdilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv