“Mançester Siti”nin yarımmüdafiəçisini daha bir klub transfer etmək istəyir

“Mançester Siti”nin yarımmüdafiəçisini daha bir klub transfer etmək istəyir






presstv

"Presstv"az #Everton, #Futbol, #İdman, #Mançester Siti

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Mançester Siti”nin yarımmüdafiəçisi Cek Qriliş karyerasını başqa klubda davam etdirə bilər.

presstvaz-ın “Ipaper”ə istinadən verdiyi xəbərə görə, futbolçuya iddia edən komandaların sırasına “Everton” da qoşulub.

C.Qrilişlə bundan əvvəl “Vest Hem” və “Napoli”nin də maraqlandıqları bildirilirdi.

2024/25 mövsümündə futbolçu “Siti”nin heyətində bütün yarışlarda 32 oyun keçirib, üç qol vurub və beş məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2027-ci ilə qədər qüvvədədir.

İdman jurnalisti Ben Ceykobsun məlumatına görə, “Everton” Qrilişi icarəyə götürməkdə maraqlıdır və oyunçu maaşının əhəmiyyətli dərəcədə azaldılmasına razılıq verməsə, keçidin baş tutması mümkün olmayacaq.

“Transfermarkt” portalı futbolçunun dəyərini 28 milyon avro qiymətləndirir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv