Uzun müddət günəş altında qalmaq şişkinliyə səbəb olur – Həkimdən XƏBƏRDARLIQ

Uzun müddət günəş altında qalmaq şişkinliyə səbəb olur – Həkimdən XƏBƏRDARLIQ






presstv

"Presstv"az #DNT, #Günəş, #Həkim, #Rusiya, #Uzunömürlülük

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Uzun müddət günəş altında qalmaq limfa sistemində problemlərin yaranmasına gətirib çıxarır ki, bu da xüsusilə üzdə və ayaq biləklərində şişkinliyə səbəb olur.

presstvaz-ın xəbərinə görə, bu barədə rusiyalı dermatoloq və kosmetoloq Qalina Amosova Gazeta.ru nəşrinə müsahibəsində danışıb.

“İstilik və ultrabənövşəyi şüaların təsiri altında damarların klapanları zədələnir və maye durğunlaşmağa başlayır. Həmçinin günəş şüaları hüceyrələrarası mayeni qatılaşdırır və onu yapışqan hala gətirir. Bu da birlikdə orqanizmə mənfi təsir göstərir”, – deyə həkim bildirib.

Şişkinliyin qarşısının alınması üçün kosmetoloq, xüsusilə Günəşin aktivliyinin pik nöqtədə olduğu vaxt gün altında uzun müddət qalmaqdan çəkinməyi tövsiyə edib. Əgər artıq günəş yanıqları varsa, həkim iki-üç gün ərzində zədələnmiş bölgələrə “pantenol” sürtməyi, daha sonra tərkibində antioksidantlar olan məhsullardan – C və E vitaminləri, həmçinin hialuron və ferul turşusu, aloe və seramidlərdən istifadə etməyi məsləhət görüb.

“C vitamini təhlükəli sərbəst radikalları zərərsizləşdirir və bərpa edir, E vitamini hüceyrə membranlarının lipid təbəqələrini qoruyur. Ferul turşusu C və E vitaminlərini stabilləşdirir, iltihabın əsas mediatorunun aktivləşməsini bloklayır. Yaşıl çay ekstraktı iltihabı azaldır, fibroblast DNT-sini ultrabənövşəyi şüa zədələnməsindən qoruyur. Resveratrol uzunömürlülük zülallarını aktivləşdirir, hüceyrə bərpasını gücləndirir”, – deyə Qalina Amosova qeyd edib.

Yayda limfa sisteminin dəstəklənməsi üçün olan antioksidantlar, kosmetoloqun bildirdiyinə görə, qidadan da əldə edilə bilər. Onun sözlərinə görə, balığın yağlı növləri iltihabı azaldan omeqa-3 mənbəyidir. Amosova vurğulayıb ki, qızılbalığın tərkibindəki astaksantinin C vitaminindən 6 000 dəfə güclüdür.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv