Tramp Rusiyaya verdiyi 50 gün möhlətini qısaltdı

Tramp Rusiyaya verdiyi 50 gün möhlətini qısaltdı






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Böyük Britaniy, #Böyük Britaniya, #Donald Tramp, #Jurnalistlər, #Münaqişə, #Rusiya, #Ukrayna, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp Rusiyaya Ukrayna ilə bağlı məsələni həll etmək üçün daha qısa, 10-12 günlük yeni müddət təyin edib.

presstvaz xəbər verir ki, bu barədə Tramp Ağ Evdə keçirilən görüş zamanı çıxışında bəyan edib.

O, əvvəllər müəyyən edilmiş 50 günlük möhlətin artıq mənasını itirdiyini bildirib.

“Mən əvvəlcə səxavətli olmaq istədim, lakin bu müddət ərzində heç bir irəliləyiş müşahidə olunmadı. Odur ki, bu gündən etibarən yeni dedlayn müəyyən edirəm – 10 və ya 12 gün”, – deyə ABŞ Prezidenti vurğulayıb.

Trampın açıqlamasına Kreml tərəfindən hələlik rəsmi reaksiya verilməyib.

17:34

ABŞ Prezidenti Donald Tramp Moskva və Vaşinqton arasında Ukrayna münaqişəsinin nizamlanması üçün əvvəllər müəyyən etdiyi 50 günlük müddəti azaltmağı planlaşdırır.

presstvaz-ın TASS-a istinadən verdiyi məlumata görə, Ağ Ev rəhbəri bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerlə Ternberridə (Şotlandiya) keçirilən görüşdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Mən bu 50 günü daha az müddətə qısaldacağam. Çünki mən artıq cavabı bildiyimi düşünürəm, nə baş verəcəyini bilirəm”, – deyə ABŞ lideri bəyan edib.

Xatırladaq ki, Tramp bundan əvvəl Moskva və Vaşinqton arasında 50 gün ərzində Ukraynadakı nizamlanma ilə bağlı razılaşma əldə olunmasa, ABŞ Administrasiyasının Rusiyaya qarşı təqribən 100 faiz həcmində idxal rüsumları tətbiq etmək niyyətində olduğunu elan etmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv