Ev almaq istəyənlər üçün şad xəbər

Ev almaq istəyənlər üçün şad xəbər






presstv

"Presstv"az #Azərbaycan, #İlham Əliyev, #Vüqar Bayramov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 85.00 milyon manat artırılaraq 1 milyard 153 milyon manata çatdırılıb. Bununla bağlı Azərbaycan Prezidenti fərman imzalayıb.

presstvaz xəbər verir ki, bu barədə iqtisadçı millət vəkili Vüqar Bayramov bildirib. Deputat qeyd edir ki, nizamnamə kapitalının artırılması dövlət büdcəsindən güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün 85 milyon manatın ayrılması ilə mümkün olub:

"Azərbaycan Prezidenti İlham Əliyev hər il İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması ilə əlaqədar müvafiq fərman imzalayır. Dövlət büdcəsindən ayrılan bu vəsaitlər sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur. Praktik olaraq, hər maliyyə ilində güzəştli ipoteka kreditlərinin verilməsi üçün ayrılmalar olur və həmin ilin payızında vəsait nizamnamə kapitalına əlavə olunur.

Bütövlükdə, fondun nizamnamə kapitalı artdıqca daha çox ipoteka kreditlərinin təklifi mümkün olur. Bu eyni zamanda güzəştli şərtlər ilə kreditlərinin portfelini də genişləndirir. Deməli, bu həmçinin daha çox vətəndaşlarımız üçün güzəştli ipoteka krediti götürmək imkanı deməkdir". 

Vüqar Bayramovun sözlərinə görə, indiyədək fond tərəfindən 54 min 918 ipoteka krediti verilib: "Verilmiş ipoteka kreditlərinin məbləği isə 3 milyard 560 milyon manatdan çoxdur" .


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv