Türkiyədə bütün dövrlərin temperatur rekordu qeydə alındı: 50,5 dərəcə

Türkiyədə bütün dövrlərin temperatur rekordu qeydə alındı: 50,5 dərəcə






presstv

"Presstv"az #İqlim dəyişikliyi, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyədə indiyədək qeydə alınmış ən yüksək hava temperaturu ölçülüb. 

presstvaz xəbər verir ki, Meteorologiya Baş İdarəsinin məlumatına əsasən, 25 iyul tarixində Şırnak vilayətinin Silopi rayonunda hava temperaturu 50,5 dərəcəyə çataraq ölkə üzrə bütün dövrlərin ən yüksək göstəricisi olub. Həmin gün temperaturun ölçüldüyü 132 mərkəzdə iyul ayı üçün tarixdəki ən yüksək göstəricilər qeydə alınıb.

Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinə tabe olan Meteorologiya Baş İdarəsinin açıqlamasında bildirilir ki, bu yay temperatur göstəriciləri mövsüm normativlərindən 12 dərəcə yüksək olub və yeni rekordlara səbəb olub.

Əvvəlki rekord 15 avqust 2023-cü ildə 49,5 dərəcə ilə Eskişəhərin Sarıcakaya rayonunda qeydə alınmışdı. Lakin 25 iyul bümə günü bu rekord Silopidə 50,5 dərəcə ilə yenilənib. Eyni gün ərzində daha 132 mərkəzdə iyul ayı üçün bütün dövrlərin ən yüksək temperaturu qeydə alınıb.

25 iyul tarixində Silopi ilə yanaşı daha 5 stansiyada temperatur 49 dərəcə və daha yüksək olub. Mardin vilayətinin Qızıltəpə rayonunda 49,6 dərəcə, Şırnakın Cizrə rayonunda 49,4 dərəcə, Mardinin Nusaybin rayonunda 49,3 dərəcə, Siirtin Kurtalan rayonunda 49,1 dərəcə, Şanlıurfa vilayətində yerləşən Ceylanpınar TİGEM stansiyasında isə 49 dərəcə temperatur qeydə alınıb.

Meteorologiya Baş İdarəsi iyul ayının son günlərində də yeni temperatur rekordlarının qeydə alına biləcəyi barədə əhaliyə xəbərdarlıq edib. Vətəndaşlara, xüsusilə xroniki xəstəlikləri olanlara, yaşlılara, hamilə qadınlara və uşaqlara günün ən isti saatları – 11:00-dan 16:00-a qədər açıq havada olmamaq tövsiyə olunub./Qaynarinfo 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv