“Real Madrid”in prezidenti “Mançester Siti”nin ulduzunu almaq arzusundadır

“Real Madrid”in prezidenti “Mançester Siti”nin ulduzunu almaq arzusundadır






presstv

"Presstv"az #"Real Madrid", #Braziliya, #Futbol, #Kilian Mbappe, #Mançester Siti, #Norveç, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Real Madrid”in prezidenti Florentino Peres vinger Vinisiusun satılacağı təqdirdə “Mançester Siti”nin hücumçusu Erlinq Holandı transfer etmək istəyir.

presstvaz xəbər verir ki, bu barədə məlumatı “Cadena Ser” saytı paylaşıb.

Mənbənin sözlərinə görə, Madrid klubunun rəhbəri Holand və hücumçu Kilian Mbappenin eyni vaxtda komandasında oynamasını arzulayır. Qeyd olunur ki, Peres Vinisiusun potensial satışından əldə etdiyi pulla norveçli futbolçunu transfer edə bilər.

Daha əvvəl mətbuatda braziliyalı ilə Səudiyyə Ərəbistanı klublarının maraqlandığı xəbəri yayılmışdı.

2024/25 mövsümündə Holand bütün yarışlarda 48 oyun keçirib, 34 qol vurub və 5 məhsuldar ötürmə edib. 25 yaşlı norveçli futbolçunun “Siti” ilə hazırkı müqaviləsi 2034-cü ilin iyun ayının sonuna kimi nəzərdə tutulub. “Transfermarkt” oyunçunun dəyərini 180 milyon avro qiymətləndirir.

Vinisius ötən mövsüm 58 oyun keçirib, 22 qol vurub və 19 məhsuldar ötürmə edib. 25 yaşlı braziliyalının “Real”la müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalına görə, futbolçunun dəyəri 170 milyon avrodur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv