Castin Timberleykin konsertinə pulsuz avtobuslar olacaq

Castin Timberleykin konsertinə pulsuz avtobuslar olacaq






presstv

"Presstv"az #Avto, #avtobus, #avtomobillər, #Azərbaycan, #Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), #Bakı, #Nəqliyyat, #Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İyulun 27-də Castin Timberleykin konsertinə ödənişsiz avtobuslar təşkil olunacaq.

presstvaz xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yayıb.

Məlumata görə, daşımalar ümumilikdə 80 avtobusla təşkil olunacaq:

“Konsert iştirakçılarına səfərlərini şəxsi minik avtomobilləri ilə deyil, avtobusla həyata keçirmələri tövsiyə olunur”.

Vurğulanır ki, saat 16:00-20:00 aralığında aşağıdakı metrostansiyalardan Bakı Olimpiya Stadionu istiqamətində avtobuslar fəaliyyət göstərəcək:

“Koroğlu” metro stansiyası (Nəqliyyat Mübadilə Mərkəzi)

“Qara Qarayev” metro stansiyası

“28 May ” metro stansiyası

“20 Yanvar” metro stansiyası

Bakı Olimpiya Stadionundan əks istiqamətdə isə avtobuslar saat 23:00-dan etibarən yola düşəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv