Gürcüstanda NATO-nun çoxmillətli təlimləri başladı

Gürcüstanda NATO-nun çoxmillətli təlimləri başladı






presstv

"Presstv"az #ABŞ, #Almaniya, #Bolqarıstan, #Gürcüstan, #İtaliya, #Moldova, #Polşa, #Slovakiya, #Türkiyə, #Ukrayna, #Yunanıstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gürcüstanda NATO-nun “Agile Spirit 2025” çoxmillətli təlimləri start götürüb. Açılış mərasimi Krtsanisi hərbi bazasında keçirilib.

presstvaz-ın məlumatına görə, bu barədə iyulun 25-də respublikanın Müdafiə Nazirliyi məlumat yayıb.

 

“Təlimlərin məqsədi iştirakçı ölkələrin silahlı qüvvələrinin hazırlıq səviyyəsini, əməliyyat uyğunluğunu və imkanlarını artırmaqdır”, – nazirliyin saytında qeyd olunub.

Manevrlər eyni vaxtda Gürcüstan və Türkiyədə keçirilir. Türkiyədə təlimlər iyulun 21-də ABŞ-Türkiyə desant əməliyyatı ilə başlayıb. Təlimlərdə Gürcüstan, ABŞ, Türkiyə, Polşa, Almaniya, İtaliya, Yunanıstan, Moldova, Rumıniya, Bolqarıstan, Slovakiya, Litva və Ukrayna hərbçiləri iştirak edirlər.

Təlimlər üçün Gürcüstana ABŞ-nin döyüş maşınları və hərbi helikopterlərin yerləşdirildiyi bildirilir. Manevrlərə Gürcüstanın Qərb Müdafiə Qüvvələrinin komandanı Koba Qriqoliya və ABŞ-nin Corciya ştatının Milli Qvardiyasının nümayəndəsi Uilyam Koks rəhbərlik edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv