Azərbaycanda ana və qızının ÖLDÜRÜLMƏSİNİN TƏFƏRRÜATI: 15 yaşlı yeniyetmə saxlanıldı

Azərbaycanda ana və qızının ÖLDÜRÜLMƏSİNİN TƏFƏRRÜATI: 15 yaşlı yeniyetmə saxlanıldı






presstv

"Presstv"az #Araşdırma, #Araşdırma aparılır., #Cinayət işi, #Goranboy rayonu, #Hadisə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Goranboy rayonunda ana və nənənin öldürülməsinin təfərrüatı məlum olub.

presstvaz “Teleqraf”a istinadən xəbər verir ki, 15 yaşlı Saleh Abdullayev anası 1978-ci il təvəllüdlü Lalə İsmayılovanı qısqanclıq zəminində qətlə yetirib. Belə ki, ana ilə oğul arasında bir neçə dəfə mübahisə düşüb. Hadisə baş verən günü gecə saatlarında yenidən tərəflər dalaşıb. Nəticədə S.Abdullayev anasına boğaz və kürək nahiyəsindən bir neçə bıçaq zərbəsi vurub. Səsi eşidən nənəsi 1948-ci il təvəllüdlü Tamella İsmayılova nəvəsinə mane olmaq istəyib. Qadın daha sonra qonşuları köməyə çağırmağa çalışsa da nəvəsi ona da bıçaqla xəsarət yetirib. Nəticədə hər iki şəxs elə hadisə yerində ölüb. Keçirilən əməliyyatla S.Abdullayev saxlanılıb.

(function () {window._ttzi = 161; var adv_161_iad = document.createElement(“script”);adv_161_iad.src = “https://newmedia.az/nativevideo/get_ads.js?v=” + new Date().toJSON().slice(0,10).replace(/-/g,’.’);adv_161_iad.async = true;(document.body || document.head || document.documentElement).appendChild(adv_161_iad);adv_161_iad.onload = function(){adv_161_iad.parentNode.removeChild(adv_161_iad);}})();

Məlumat üçün bildirək ki, Lalə İsmayılova həyat yoldaşından ayrılıb və anası ilə yaşayırmış. Onun qətlində şübhəli bilinən S.Abdullayev ilə yanaşı daha bir oğul övladı var. Qadın uzun müddət idi Goranboy rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində sahə rəisi kimi çalışırdı.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma başlanılıb.

09:52

Goranboyda iki şəxsin öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə presstvaz-a Goranboy Rayon Prokurorluğundan məlumat verilib.

Qeyd edilir ki, iyulun 25-də saat 2 radələrində Goranboy rayon sakinləri 1978-cı il təvəllüdlü Lalə İsmayılova və 1948-cil il təvəllüdlü Tamella İsmayılovanın yaşadıqları evdə öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 2010-cu il təvəllüdlü R.Həsənovun (şərti) aralarında yaranmış mübahisə zamanı bıçaqla anası Lalə İsmayılova və nənəsi Tamella İsmayılovaya xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb. R.Həsənov (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

06:24

Goranboy şəhər sakini anasını və nənəsini qətlə yetirməkdə şübhəli bilinir.

presstvaz “Report”a istinadən bildirir ki, 1978-ci il təvəllüdlü Lalə Saleh qızı İsmayılova və onun anası, 1948-ci il təvəllüdlü Tamella Dilənçi qızı İsmayılova bıçaqlanaraq öldürülüblər.

Onların meyitləri tibbi ekspertizaya aparılıb.

Hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv