Rusiyada “Baza” “Telegram” kanalının işi üzrə üç polis əməkdaşı həbs edilib

Rusiyada “Baza” “Telegram” kanalının işi üzrə üç polis əməkdaşı həbs edilib






presstv

"Presstv"az #Baş redaktor, #Bələdiyyə, #Jurnalistlər, #Livan, #Moskva şəhəri, #Rusiya, #Vəzifə, #Vəzifə səlahiyyətlərindən sui-istifadə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Moskva şəhərinin Zamoskvoretsk Rayon Məhkəməsi Daxili İşlər Nazirliyi İdarəsinin (DİN) Belqorod üzrə 3 saylı polis idarəsinin cinayət axtarış şöbəsinin baş əməliyyatçısı Aleksandr Selivanovu, DİN-in Krasnodar üzrə növbətçi hissəsinin rəisi Aleksandr Ablyayevi və DİN-in “Krasnoyarskoe” Bələdiyyələrarası İdarəsinin cinayət axtarış şöbəsinin baş əməliyyatçısı Sergey Kovalyovu “Baza” “Telegram” kanalının jurnalistlərindən rüşvət almaq və vəzifə səlahiyyətlərindən sui-istifadə etmək ittihamı üzrə həbs edib.

presstvaz bu barədə TASS-a istinadla xəbər verir.

Məhkəmə onların hər birini bir ay 27 gün müddətinə həbs edilməsinə dair hökm çıxarıb. Bildirilir ki, Selivanov öz təqsirini etiraf edib.

24 iyul, 20:30

“Baza” “Telegram” kanalının jurnalistlərindən rüşvət almaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Rusiya Daxili İşlər Nazirliyinin üç əməkdaşı barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlər Moskvanın Zamoskvoretsk rayon məhkəməsinə daxil olub.

presstvaz bu barədə TASS agentliyinə istinadən məlumat yayıb.

Məhkəməyə A.A.Selivanov, S.E.Kovalyova və A.V.Ablyayeva barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaqdan vəsatət daxil olub.

Xatırladaq ki, ötən gün Moskvanın Zamoskvoretsk Rayon Məhkəməsi “Baza” “Telegram” kanalının baş redaktoru Qleb Trifonovu iki ay müddətinə həbs edib.

Qeyd olunur ki, o, bir qrup şəxsə rüşvət verməkdə ittiham olunur. İstintaqın versiyasına əsasən, Trifonov polis əməkdaşlarından xidməti məlumatları pul müqabilində əldə edib və həmin məlumatları sonradan “Telegram” kanalında yayımlayıb.

Oxşar ittiham onun həmkarı Tatyana Lukyanovaya qarşı da irəli sürülüb. Məlumata görə, verilən rüşvətin ümumi məbləği təxminən 100 min rubl (təqribən 2 170 manat) təşkil edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv