Moskvanın hava limanlarından birinin rəhbərliyi iflas olduqlarını etiraf etdi

Moskvanın hava limanlarından birinin rəhbərliyi iflas olduqlarını etiraf etdi






presstv

"Presstv"az #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya paytaxtı Moskvanın Domodedovo hava limanının ümumi borcu təxminən 70 milyard rubl (2 milyard manata yaxın) təşkil edir.

presstvaz-ın xəbərinə görə, bu barədə RBK-ya müsahibəsində hava limanının dövlət mülkiyyətinə keçməsindən sonra ona rəhbərlik etmiş Andrey İvanov məlumat verib.

O bildirib ki, 2025-ci ildə faiz ödənişləri səkkiz milyard rubl (173 milyon manata yaxın) təşkil edəcək.

Andrey İvanovun sözlərinə görə, sırf hava limanının iqtisadiyyatından söhbət gedərsə, indi onu müflis (iflasa uğramış) adlandırmaq olar.

“Lakin biz iflas riskinə yol verməyəcəyik. Strateji investorun və ya investorların vaxtında cəlb edilməsinə ümid edirik”, – deyə o qeyd edib.

İvanov əlavə edib ki, borc sərnişin axınının və gəlirlərin azalması səbəbindən yaranıb. Bu faktora baxmayaraq, daha bir T2 sərnişin terminalı açılıb ki, bu da əlavə xərclər tələb edib. Hava limanı, həmçinin kredit götürməyə də davam edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv