Azərbaycan UEFA əmsallar cədvəlində xal ehtiyatını bir qədər də artırıb

Azərbaycan UEFA əmsallar cədvəlində xal ehtiyatını bir qədər də artırıb






presstv

"Presstv"az #"Qarabağ", #Avropa, #Azərbaycan, #Bolqarıstan, #İngiltərə, #UEFA Çempionlar Liqası, #UEFA əmsallar cədvəli, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan UEFA əmsallar cədvəlində 2025/26 mövsümündə topladığı reytinq xalını 0.500-ə çatdırıb.

presstvaz xəbər verir ki, bu, “Qarabağ” və “Zirə”nin göstərdiyi nəticələr sayəsində mümkün olub.

“Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn”u İrlandiyada darmadağın edib – 3:0. “Zirə” isə Konfrans Liqasının eyni mərhələsində Xorvatiya “Hayduk”una qarşı ev oyunundan heç-heçə ilə ayrılıb – 1:1.

Bu mərhələdə qələbəyə görə bir, heç-heçəyə görə yarım xal verildiyi üçün turnirdə iştirak edən komandalarımızın sayına böldükdə “Qarabağ”ın ölkə aktivinə 0.250 xal, “Zirə”nin isə 0.125 xal gətirdiyi aydın olur. Daha 0.125 xalı isə Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə “Sabah” Sloveniyada “Selye” ilə heç-heçə edərək qazanıb.

Hazırda 17.625 xala malik Azərbaycan 29-cu pillədəki mövqeyini qoruyub. 28-ci yerdə olan Ukrayna 18.225 xal (bu mövsüm + 0.625), 30-cü yerdə olan Bolqarıstan isə 16.625 xal (bu mövsüm + 0.750) toplayıb.

Qeyd edək ki, əmsallar cədvəlinə 94.839 xalla İngiltərə başçılıq edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv