Rusiyada qəzaya uğrayan təyyarədəkilərin hamısı həlak olub

Rusiyada qəzaya uğrayan təyyarədəkilərin hamısı həlak olub






presstv

"Presstv"az #Hadisə, #Rusiya, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın Amur vilayətində qəzaya uğrayan “An-24” təyyarəsinin göyərtəsində olanların hamısı həlak olub.

presstvaz-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya fövqəladə xidmətlərindən məlumat verilib.

“Hələlik xilasedicilərin olduğu helikopter qəzanın baş verdiyi əraziyə eniş edə bilmir. Dağ yamacı olduğu üçün eniş etməkdə çətinlik yaşanır. Xilasedicilər kəndirlərdən istifadə edərək ora enməyi planlaşdırırlar. Hadisə yerində yanğın var”, – deyə agentliyin mənbəsi bildirib.

Qeyd olunur ki, ilkin ehtimallara görə eniş zamanı çətin görmə şəraiti olduğu üçün ekipaj səhvə yol verib. Bu versiya hazırda nəzərdən keçirilir. Digər versiyalar da araşdırılacaq.

Qəzaya uğrayan “An-24”-ün qalıqları yarım kilometr məsafəyə səpələnib. Təyyarədə 49 nəfər olub: 43 sərnişin (o cümlədən 5 uşaq) və 6 ekipaj üzvü.

11:09

Rusiyanın Amur vilayətində yoxa çıxan “An-24” təyyarəsi Tında yaxınlığında qəzaya uğrayıb.

presstvaz-ın xəbərinə görə, bu barədə “İnterfaks”a fövqəladə xidmətdən məlumat verilib.

Məlumata görə, təyyarənin qalıqları Tındadan 15 km aralıda yamacda tapılıb.

“Təyyarə parçalanıb”, – deyə fövqəladə xidmətlərdən bildirilib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, axtarış tədbirləri zamanı “Rosaviasiya”nın Mi-8 helikopteri “An-24” təyyarəsinin gövdəsini aşkar edib.

Bildirilir ki, təyyarə qəzadan sonra alovlanıb. Xilasedicilər qəza yerinə gedirlər.

Təyyarədə 43 sərnişin (o cümlədən beş uşaq) və altı ekipaj üzvü olub.

09:56

Rusiyanın Amur vilayətində “An-24” sərnişin təyyarəsi ilə əlaqə kəsilib.

presstvaz-ın xəbərinə görə, bu barədə “SHOT” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, təyyarənin göyərtəsində 46 nəfər olub. “Anqara” aviaşirkətinə məxsus təyyarənin Xabarovsk-Blaqoveşensk-Tında marşrutu üzrə uçduğu deyilib.

“Hazırda təyyarə, güman ki, marşrutun sonuncu aeroportundan bir neçə kilometr aralıdadır və əlaqəyə çıxmır”, – deyə məlumatda bildirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv