Dondurma yeyərkən dişlərimiz niyə ağrıyır? – SƏBƏB

Dondurma yeyərkən dişlərimiz niyə ağrıyır? – SƏBƏB






presstv

"Presstv"az #Almaniya, #Araşdırma, #Dondurma, #Həkim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dondurma və ya çox soyuq içkilər içərkən bəzi insanların dişlərində baş verən kəskin ağrıların səbəbi elm adamları tərəfindən müəyyən edilib.

presstvaz xəbər verir ki, "Science Advances" jurnalında dərc olunan yeni araşdırmaya görə, bu ağrılara dişlərdə yerləşən TRPC5 adlı zülal kanalları səbəb olur.

Almaniyanın Erlangen-Nürnberq Fridrix-Alexander Universitetinin professoru Katharina Zimmermann və komandası odontoblast adlı hüceyrələrdə temperatur dəyişikliklərinə qarşı həssas olan bu kanalları müəyyən edib. Sözügedən hüceyrələr dentin ilə dişin yumşaq daxili pulpası arasında yerləşir. Əgər dentin təbəqəsi çılpaq qalarsa – məsələn, diş çürüməsi və ya diş əti xəstəliyi səbəbindən – soyuq qidalar və içkilər kəskin ağrıya səbəb ola bilər.

Araşdırma həm insanlar, həm də siçanlar üzərində aparılıb. Nəticədə məlum olub ki, TRPC5 kanallarını bloklayan maddələr, məsələn mixək yağında olan eugenol, bu ağrıların qarşısını ala bilər. Alimlər gələcəkdə bu molekula əsaslanan diş pastası, saqqız və ya diş lentləri kimi yeni müalicə vasitələrinin hazırlanmasının mümkün olduğunu bildirirlər.

Lakin mütəxəssislər evdə özbaşına müalicə üsullarını tövsiyə etmirlər. Britaniya Diş Həkimləri Assosiasiyasının professoru Damien Walmsley vurğulayıb ki, ağrının səbəbi aradan qaldırılmadan yalnız ağrını müvəqqəti dayandırmaq kifayət etmir.

Walmsley əlavə edib ki, müntəzəm fırçalama və diş həkiminə müraciət, həm diş çürüməsinin qarşısını almaq, həm də həssaslıq problemi ilə mübarizə aparmaq üçün əsas vasitədir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv