Beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri bəlli olublar

Beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri bəlli olublar






presstv

"Presstv"az #Azərbaycan, #İlham Əliyev, #Sərəncam

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Yüksəliş” müsabiqəsinin beşinci mövsümünün qalibləri müəyyənləşiblər.

presstvaz xəbər verir ki, final mərhələsində iştirak edən 124 namizəddən ən yüksək bal toplayan 20 nəfər qalib adını qazanıb.

Ən gənc qalibin 24, ən yaşlı qalibin isə 39 yaşı var. Qalib gələn iştirakçıların 42.86%-i dövlət, 57.14%-i özəl sektorda çalışır.

Qeyd edək ki, müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn, əyani, yarımfinal və finaldan ibarətdir. Yarımfinal mərhələsi çərçivəsində namizədlər 9 səriştə üzrə (strateji düşüncə, effektiv liderlik, qərarvermə, nəticəyönümlülük, işin effektivliyinin idarə edilməsi, adaptivlik, innovativ düşüncə, komanda işi və əməkdaşlıq, etika və dürüstlük) ekspertlər tərəfindən qiymətləndiriliblər. Final mərhələsində isə iştirakçılar ekspertlər tərəfindən “İdarəçi rollar modeli” üzrə qiymətləndiriliblər.

Beşinci mövsümün qaliblərinin adlarını təqdim edirik:

1. Ələsgərov Kamran Tahir oğlu

2. Mustafayev Fərid Vüsal oğlu

3. Sadıxlı Kamran Tahir oğlu

4. Məmmədov İbrahim Allahverdi oğlu

5. Balacanov Məmməd Şahrəddin oğlu

6. Həsənov Məmməd İslam oğlu

7. Daşdiyev Qoşqar Ramiz oğlu

8. Həsənverdiyev Şəhriyar Ələkbər oğlu

9. Kərimli Əli İdrak oğlu

10. Mirzəzadə Elnur Ceyhun oğlu

11. Nağıyev Orxan Mayıl oğlu

12. Hüseynov Numrəddin İlham oğlu

13. Hüseynli Mirqəni Mir Kamal oğlu

14. Ağayev Əliağa Əlifağa oğlu

15. Hüseynzadə Ramil Mahmud oğlu

16. Xəlilov Toğrul Mehman oğlu

17. Eyyub Fatimə Elçin qızı

18. Məmmədli Elnur Yasin oğlu

19. Hüseynov Fərid Şahin oğlu

20. Əsgərxanlı İrşad Natiq oğlu

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.

Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv