“Şelburn”un baş məşqçisi: “Mənim üçün əsas avrokubok oyunlarına görə peşman olmamaqdır”

“Şelburn”un baş məşqçisi: “Mənim üçün əsas avrokubok oyunlarına görə peşman olmamaqdır”






presstv

"Presstv"az #"Qarabağ", #Avstriya, #Futbol, #Hadisə, #Mətbuat konfransı, #UEFA Çempionlar Liqası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Həftəsonu yerli komandaların hokkey oyununa baxırdım. Autsayder olan komanda qalib gəldi. “Qarabağ”la oyuna da belə yanaşacağıq”.

presstvaz xəbər verir ki, bunu İrlandiyanın “Şelburn” klubunun baş məşqçisi Co O’Brayen UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ”la ilk oyunundan öncə keçirilən mətbuat konfransında deyib.

“Mənim üçün əsas odur ki, avrokubok oyunlarına görə peşman olmayaq. Bu, bir oyunçunun karyerasında elə bir məqamdır ki, bundan həzz almaq lazımdır. Ev oyunu olduğu üçün yaxşı atmosfer yaratmalı, irəli çıxmalı və rəqibi geri çəkilməyə məcbur etməliyik. İstəyirəm ki, komandam hücumda oynasın və keyfiyyətini nümayiş etdirsin. Bizdən fərqli olaraq, onların yeni mövsümdəki ilk oyunudur. “Qarabağ” yalnız Avstriyada təlim-məşq toplanışında olub”.

Rəqib komandanın çalışdırıcısı O’Brayen növbəti mərhələyə vəsiqənin “Şelburn”a maddi gəlir gətirəcəyini əlavə edib.

“Bu bizim kimi klub üçün əla fürsətdir. Çempionlar Liqası oyununda qələbə qazanmaq bir futbolçu üçün möhtəşəm hadisədir. I təsnifat mərhələsində “Linfild”i (Şimali İrlandiya) keçə bildiyimiz üçün indi “Qarabağ”a rəqib olmuşuq”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv