Fidan Suriyanı parçalamaq istəyən silahlı qruplaşmalara xəbərdarlıq etdi

Fidan Suriyanı parçalamaq istəyən silahlı qruplaşmalara xəbərdarlıq etdi






presstv

"Presstv"az #Anadolu, #Hakan Fidan, #Mətbuat konfransı, #Salvador, #Suriya, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Suriyadakı silahlı qruplaşmalar parçalanma və sabitliyi pozmaq yolu tutarsa, Ankara bunu öz milli təhlükəsizliyinə birbaşa təhdid hesab edəcək və buna uyğun cavab verəcək”.

presstvaz -ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada salvadorlu həmkarı Aleksandra Hill ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ankara qeyd edilən qüvvələrin Suriyanın parçalanmasına yol verməyəcəyi təqdirdə, dialoqa getməyə və onların tələblərini dinləməyə hazırdır.

“Heç bir qrup parçalanmaya töhfə verməməlidir. Hər şey müzakirə oluna bilər və bu müzakirələr bütün qruplar və elementlərlə aparıla bilər. Amma siz bu çərçivəni pozsanız və zorakılıq yolu ilə parçalanma və sabitliyin pozulmasına keçsəniz, biz bunu milli təhlükəsizliyimizə birbaşa təhdid kimi qəbul edəcəyik və müdaxilə edəcəyik” , – deyə Fidan vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv