Təcrübəsiz sürücülərə tövsiyə olunan avtomobillər

Təcrübəsiz sürücülərə tövsiyə olunan avtomobillər






presstv

"Presstv"az #Avto, #avtomobillər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İlk avtomobilinizi almaq asan məsələ deyil. Xüsusilə məhdud büdcəniz varsa və hələ təcrübəniz yoxdursa. Məhz buna görə də britaniyalı mütəxəssislər özündə etibarlılığı, qənaətcilliyi və sürmə asanlığını özündə birləşdirən kompakt subkompakt avtomobillərə diqqət yetirməyi məsləhət görürlər.

presstvaz xəbər verir ki, mütəxəssislər üç modeli nəzərdən keçirməyi məsləhət görürlər – "Seat Mii", "Renault Twingo" və "Citroen C1". Onların hər birinin yeni sürücülər üçün cəlbedici üstünlükləri var.

"Seat Mii" sadəcə münasib qiymətə avtomobil deyil, "Volkswagen Up"ın praktik versiyasıdır. Yaxşı mühəndislik sayəsində onu idarə etmək asandır, geniş salonu və 251 litr həcmli baqajı var. Hətta əsas SE trim səviyyəsi yüngül lehimli disklər, kondisioner, elektrik şüşələr və dəri sükan təklif edir.

Fransız "Renault Twingo" rahat dönmə dairəsi, möhkəm salon və geniş arxa oturacaqlara malikdir. Şəhərdə manevr etmək istəyənlər üçün əla seçim olacaq.

"Citroen C1" parlaq dizaynı və istifadə rahatlığı ilə diqqəti cəlb edir. Rəngli panelləri seçmək imkanı isə avtomobilinizi fərdiləşdirməyə imkan verir. Bununla belə, ekspertlərin fikrincə, materialların keyfiyyəti rəqiblərdən daha aşağıdır. /lent.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv