Rusiyada “Telegram” kanallarından birinə məlumat ötürən polislər saxlanılıblar

Rusiyada “Telegram” kanallarından birinə məlumat ötürən polislər saxlanılıblar






presstv

"Presstv"az #Cinayət işi, #Rusiya, #Vəzifə, #Vəzifə səlahiyyətlərindən sui-istifadə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın İstintaq Komitəsinin müstəntiqləri ölkədəki “Telegram” kanallarından birinə məlumat ötürən polis əməkdaşlarına qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə cinayət işi açıblar.

presstvaz Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Mətbuat Xidməti məlumat yayıb.

“Krasnodar və Krasnoyarsk vilayətlərində, eləcə də Belqorod vilayətində müstəntiqlər əməliyyat bölmələri ilə əməkdaşlıq edərək məxfi məlumatların qanunsuz ötürülməsi hallarını müəyyən ediblər. Daha sonra həmin məlumatlar “Telegram” kanallarından birində dərc edilib”, – deyə məlumatda qeyd olunub.

Məlumatda qeyd olunub ki, Rusiya İstintaq Komitəsi açılan cinayət işi çərçivəsində Moskva, Krasnodar və Krasnoyarsk diyarlarında, həmçinin Belqorod vilayətində axtarışlar aparılıb. İstintaq üçün vacib olan əşya və sənədlər götürüldüyü bildirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv