Bakıda təkrar mənzil bazarı rekord qırır – Qiymətlər sürətlə artır

Bakıda təkrar mənzil bazarı rekord qırır – Qiymətlər sürətlə artır






presstv

"Presstv"az #Azərbaycan, #Bahalaşma, #Bakı, #Mənzil bazarı, #Qiymət artımı, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2024-cü ilin aprelindən 2025-ci ilin aprelinə qədər Bakının təkrar mənzil bazarında satış üçün ümumi təklif həcmi əhəmiyyətli dərəcədə artıb.

Bu barədə Azərbaycan Qiymətləndiricilər Palatasının hesabatında qeyd edilib.

presstvaz-ın musavat.com-a istinadən məlumatına görə, 2025-ci ilin əvvəllərində bazarda təklif edilən mənzillərin sayı illik müqayisədə təxminən 17% yüksəlib. Bu artım nəticəsində dekabr ayına doğru şəhər üzrə satışa çıxarılan mənzillərin ümumi sayı 7000-i ötüb. Hesabata görə, Bakı şəhərinin təkrar mənzil bazarında 1 kvadrat metr üçün orta qiymət həm yeni tikililər, həm də köhnə tikililər üzrə yüksəlmə trendi göstərib. 2025-ci ilin aprelinə gəldikdə, yeni tikililərdə orta qiymət təxminən 2300-2400 AZN/kv.m həddinə çatdı, köhnə tikililərdə isə təxminən 2000-2050 AZN/kv.m oldu. Beləliklə, bir il ərzində kvadratmetr qiymət artımı yeni tikililərdə təxminən 15-17%, köhnə tikililərdə isə 10-12% təşkil edib (bu da illik inflyasiya tempini xeyli üstələyir). Məsələn, 2025-ci ilin fevral ayı etibarilə təkrar bazarda yeni tikililərdə qiymətlər 1,5% aylıq və 10,9% illik, köhnə tikililərdə isə 1,1% aylıq və 9,8% illik artım göstərirdi. Bu rəqəmlər aprel ayı üçün də bənzər səviyyədə qalmış, mart-aprel aralığında təxminən 1%-ə yaxın aylıq bahalaşma davam edib.
Bəs bahalaşmanın səbəbi nədir?

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı fikrini bölüşüb:

"Mənzil bazarında bahalaşmanın əsas səbəbi tələbatın yüksək olmasıdır. İnsanların iş tapdığı, təhsil aldığı və özünü reallaşdırdığı əsas bölgə Bakı-Abşeron yarımadasıdır. Bu isə burada həm yaşamaq, həm də investisiya məqsədilə mənzilə olan tələbatı artırır. İnsan iş yerinə yaxın yaşamaq istəyir, bu da Bakıya axını artırır. Kirayə mənzillərə tələbin artması isə ümumi bazarda qiymətlərin yüksəlməsinə səbəb olur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv