Polşada Avropanın ən böyük neft və qaz yataqlarından biri kəşf edildi

Polşada Avropanın ən böyük neft və qaz yataqlarından biri kəşf edildi






presstv

"Presstv"az #Avropa, #Avto, #avtobus, #Elektrik avtobus, #Polşa

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Polşanın enerji sektorunda dönüş nöqtəsi ola biləcək mühüm kəşf edilib. 

presstvaz xəbər verir ki, "Central European Petroleum" (CEP) şirkəti ölkə tarixində ən böyük ənənəvi karbohidrogen yatağının aşkarlandığını elan edib. 

Baltik dənizində, Şvinuystye sahilindən 6 kilometr məsafədə həyata keçirilən qazma işləri nəticəsində 22 milyon ton neft və 5 milyard kubmetr satış keyfiyyətli təbii qazın mövcudluğu təsdiqlənib. Bu, son on ildə Avropada qeydə alınmış ən böyük kəşflərdən biri sayılır.

CEP tərəfindən təqdim edilən məlumatlara əsasən, ümumi ehtiyatların 33 milyon ton neft və 27 milyard kubmetr təbii qaz səviyyəsində ola biləcəyi qeyd olunur. Polşanın baş geoloqu Kşiştof Qalos bildirib ki, bu kəşf ölkənin enerji təhlükəsizliyinə ciddi təsir göstərə və xarici təchizatçılardan asılılığı azalda bilər. Lakin istismara başlamazdan əvvəl geoloji sənədlərin hazırlanması və təsdiqlənməsi tələb olunur.

Layihə çərçivəsində ilk turbin artıq quraşdırılıb. Onun bir dəqiqəlik fəaliyyəti elektrik avtobusu ilə 100 kilometr məsafənin qət olunmasına yetəcək qədər enerji hasil edir. Gələn il tam istismara veriləcək külək elektrik stansiyası ölkənin enerji tələbatının 3 faizini ödəməyə imkan verəcək. Bu isə Polşanın enerji müstəqilliyi və bərpa olunan enerji mənbələrinin inkişafı baxımından mühüm addımdır.

CEF yatağı ölkənin ən böyük, Avropanın isə ən böyüklərindən biri adlandırıb./Qaynarinfo 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv